Skip to content

Oxuduğum kitablarda qeydlərim: Nur Persona Non Grata “Həyatımın soundtrack’isən”

Oxudum.

Nur Persona Non Grata imzasını bir forumdan tanıyıram. Orada bəzi yazıları diqqətimi çəkmişdi. Nəsə doğmalıq var idi – sanki mən yazmışam. Kitabda da eyni şeyi gözləyirdim, amma olmadı. Bir neçə fikirlərini sevdim:

…hətta intihar edən insan belə ümid edərək buna əl atır.

Sənə ən yaxın insan haqqında başqa birisindən öyrəndiyin xəbər sənə həmişə xəyanət təsiri bağışlayır.

Bəzi canilər öz qurbanlarından fərqli olaraq xoşbəxt ölürlər.

Elxan Qaraqanın “A” romanını xatırlatdı mənə.  Eyni hal: müəllifin ağlına maraqlı fikir gəlir, lakin onu ifadə etmək üçün ədəbiyyat bəlkə də ən uğursuz vasitə olur. Çox gözəl haldır ki, insan öz fikrini 200-300 səhifəyə yaza bilir. Lakin bədii təsvir yoxdursa, …

Ətraflı…

20 ildən sonra Pantomima xatirəsi

Pantomima teatrı

Pantomima Teatrının yaxınlığında bir parfüm dükanı var. Dükanın qarşısında həmişə bir qız dayanır və bu yolla gedib-gələnlərə kağız paylayır: lent şəklində kəsilmiş nazik, ətirə batırılmış kağız. Bu, reklamdır – bəlkə kimsə bu kağızı iyləyə, ətiri bəyənə və qayıdıb dükandan həmin ətirdən ala. Mən də həmişə Azadlıq prospekti ilə üzüyuxarı Pantomima teatrına gedərkən bu dükanın qarşısından keçirəm. Hər dəfə həmin qz mənim də qarşıma çıxır və həmin ətirli kağızlardan birini mənə uzadır. Mən də maraq xatirinə deyil, məhz nəzakət xatirinə kağızı alıram, iyləyə-iyləyə gedirəm.

70-80-ci illərdə “Azərbaycan” kinoteatrının yanında sardilka satılırmış. Mənə və yaşıdlarıma bu sardilkadan dadmaq qismət olmadı, amma deyilənə görə, əla tamı var imiş. Kinoya baxmağa gələnlər mütləq bu sardilkadan da alıb yeyirmiş. İnsanların yaddaşında kinoteatrla sardilka arasında qəribə bir əlaqə yaranıb. “Azərbaycan” kinoteatrından söz düşəndə sardilka, sardilkadan söz düşədə “Azərbaycan” kinoteatrını xatırlayırlar. Ətraflı…

Oxuduğum kitablarda qeydlərim: Seymur Baycan “Quqark”

Quqark

Seymur Baycanın “Quqark” romanını oxudum. Daha doğrusu, yarımçıq saxlayıb atdım kənara. Səbəb facebook sosial şəbəkəsində müəllifin yazdığı status oldu. Seymur Baycanın dili gözəldir – hadisələri maraqlı təsvir edə bilir. Amma hansı hadisələri? İstədiyi hadisələri. Bəs  nəyi istəyir? Bu, birbaşa onun şəxsi keyfiyyətlərinə söykənir. Müəllifin şəxsi keyfiyyətləri şəxsən mənim üçün çox önəmlidir. İllah da belə -birinci şəxsin təkində yazılan kitablar üçün.

Quqarkda aşpaz qadınla görüş səhnəsi təsvir olunub. Maraqlı təsvir edib, oxucu mütəəssir olur. Elə yazıçı da hadisənin əhəmiyyətini dərk edir və bəlkə də var qüvvəsini səfərbər edir ki, oxucunu mütəəssir edəcək formada təsvir etsin.  Xatirələr, hislər və sonda qadın qəhrəmana hədiyyə verir. Yox, bu, son deyil. Son həmin hədiyyənin keflənib Tiflisdə unudulması olur. Məni mütəəssir edən dəyər müəllifin keflənib tüpürdüyü dəyərdir. Ətraflı…

Toyuq oğurlamağın texnikası

Toyuq

Deməli, toyuq oğurluğu əməliyyatının əsas hissəsi toyuqların susdurulmasıdır. “Şşş! ” eləsək, başa düşməyəcəklər.  Toyuqları susdurmağın öz yolu var.  Kim onları susdurdusa, elə bil, çaldı.

Fikir vermisinizsə, yağış yağanda toyuqlar dinməz-söyləməz bükülüb otururlar bir kənarda. Toyuq oğurlayanda toyuqların üstünə su səpirsən. Toyuqlar elə bilir ki, yağış yağır, susub otururlar. Yerdə qalır onları qoltuğuna vurub aparmaq. Vəssalam, şüt tamam.

Yoox! Vəssalam deyil. Bir məqam qaldı. İstəsəniz, ürəyinizdə mahnı da oxuya bilərsiz.  Hə, indi vəssalam.

Dünya dillərində “salam”

İngilis dili hello ; hullo ; hallo ; hi
İtalyan dili ciao
İspan dili hola
Fransız dili salut
Alman dili hallo
Rus dili привет ; здравствуй ; Ətraflı…

Metroda gözə kül üfürən polislər

Bakı metropoliteni

Bu günlərdə əlimdə bağlama metroya daxil oldum. Mühafizəyə yaxınlaşıb əlimdəki bağlamanı uzatdım ki, yoxlasın. Polis imtina elədi, zira bağlama ona balaca göründü. Məndən sonra gələn qadınların kartof-soğanla dolu torbalarını isə yoxladı.

Əlimdəki bağlamada kompyuter üçün qidalanma bloku var idi. 15*14*8 sm ölçüsündə. Lakin paketin içində təxminən iki dəfə böyük 30*15*8 sm ölçüsündə görünürdü.  Bizim polis hesab edir ki, bu ölçü təhlükəsizdir. Maraqlıdır, bəs bomba nə boyda olur ki?! Ətraflı…

Oxuduğum kitablarda qeydlərim- Nərmin Kamal “Umberto Eko və postmodernizm fəlsəfəsi”

Umberto Eko və postmodernizm fəlsəfəsi

Maraqlıdır – müəllifin öz təşəbbüsü ilə adı qeyd olunmayıb.  Zira postmodern düşüncəyə görə,yazan yox, yazılan önəmlidir.  Lakin forumlardan çərpələng uçuran qızı tanıyan hamı kitabı açan kimi onu kimin yazdığını biləcək.

səh. 65   “Azərbaycanın yeni fəlsəfə dərdslikləri Postmodernizm haqda verdikləri yarım səhifə həcmində məlumatda yazırlar ki, …” – Nərminin doğma üslubu. Ətraflı…