Skip to content

Oxuduğum kitablarda qeydlərim: Pərviz “Yad dildə”

İyun 15, 2011
Pərviz "Yad dildə"

“Yad dildə”ni oxudum.

 Məndə belə bir hal var və mənə elə gəlir ki, bütük kitab oxucularında belədir: kitabın gedişində müəyyən bir hadisə olur ki, o sənin üçün bir növ kitabın sonu olur. Və istəyirsən ki, kitabı bağlayıb qoyasan bir kənara. Ona görə yox ki, əhəmiyyətini itirir. Sadəcə, müəyyən bir obrazı seçirsən və onun timsalında əsəri yaşamağa çalışırsan (belə bir obraz olmayanda əsəri oxumaq çətindir. Necə ki, mən “Dodaqdan qəlbə”ni zorla bitirmişdim). Qəfil həmin obraz öləndə elə bil ki, kimsə səni atır kitabdan bayıra. Bu dəfə də belə oldu. Beyrəyin ölümü verilən abzası bitirib kitabı bağladım. Niyə Beyrək? Konkret deyə bilmərəm ki, mənim prototipimdir. Sadəcə, bu inqilabda mən ancaq onu yerində ola bilərdim yəqin ki. Və Beyrək olaraq hadisənin içində idim.

Nəhayət, gecə yuxusuz idim və kitabı sona kimi oxudum. Amma bu dəfə müəllifin qoyduğu sona kimi. Çox cəsarətli və maraqlı romandır. Müəllifin maraqlı simvollaşdırma qabiliyyəti var.

Müasir ədəbiyyatda az-az rast gəldiyim bir halla rastlaşdım – obrazların portreti verilib. Həm də bir-iki aparıcı qəhrəmanın deyil, bir neçə obrazın xarakteri təsvir olunub: Real inqilablarda olduğu kimi Pərvizin inqilabında da müxtəlif qəbildən olan insanlar fərqliliklərinə baxmayaraq bir məfkurə ətrafında toplanıb və hər biri də xarakter olaraq təsvir olunub. Tək monoloqlarla deyil, hadisələrlə xarakterlər bir abzaslarda, bir cümlələrdə – necə deyərlər, ikisi birində. Ədibin də ədibliyi elə bundadır, məncə. Selcan xaricində hər birinə “болеть” eləmək olur. Selcan, təəssüf ki, mənim yaşadığım cəmiyyətdə geniş yayılmış tipajdır. Hər nə qədər mübariz olsa da, qıcıqlandırıcı obrazdır. Daha doğrusu, mənim üçün belədir.

Qeyd: Nəyə görəsə, mənə elə gəlir ki, Çenin “sən-siz” məsələsi ilə bağlı dedikləri elə müəllifin öz dilindəndir.

 Qeyd: Dili Anadolu türkcəsinə meyillidir. İfadələrdə bizim kimi “xoşuna gəldi” yox, onlar kimi “xoşuna getdi” verilib.  Geninə-boluna türk sözlərindən istifadə olunub. Obrazların nitqi orfoepik formasında verilib. Gərək ki, sırf  tipajını çatdırmaq üçün.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: