Skip to content

Pantomima’da “Maska” tamaşası. 18+

Aprel 13, 2011

İldə, on ildə, bəlkə də yüz ildə bir nəfər olur ki, insanları cəmiyyətin fahişələrə olan munasibətinə yenidən baxmağa çağırır. Yazdığı əsərlə, çəkdiyi filmlə, quruluş verdiyi tamaşa ilə. Bəxtiyar Xanızadə də o qəbildən. Rejissor “Maska” tamaşası ilə sübut eləməyə, bəlkə də sadəcə xatırlatmağa çalışır ki, qadının yeganə keyfiyyəti onun isməti deyil. İsmət bəlkə  heç ümumiyyətlə qadın üçün keyfiyyət deyil və ya olmamalıdır. İnsanlara onların duyğuları müstəvisində baxmaq lazımdır. Heç olmasa, bəzən.  Heç olmasa, bəzən mühakimə etməmək lazımdır. Lazımdır ki, yaratdığımız dəyərlərin çərçivəsində məhv olmayaq.

Tamaşa 3 qardaşın həyatından bəhs edir. İnsanın xoşbəxtliyi, təsbit olunmuş dəyərləri və insanın insana qayğısı toqquşur.  3 qardaş: qətiyyətli və impulsiv qardaş rolunu Bəhruz Əhmədli canlandırır. Bu qardaş qayğı obrazını yaradır. “pofiqist” obrazını Ceyhun Dadaşov canlandırır. Baxmayaraq ki, hadisələrin gedişinə xüsusi təsir etmir, mən ilk dəfədir ki, onun  ifasını xüsusən bəyəndim. Həm də çox. Formalaşmamış tipaj -sadəlövh obrazını isə Elnur İsmayılzadə canlandırırdı. Bu qardaş ismətsiz qadına vurulur. Lakin qadını ismətsiz bilərək deyil, onun yaratdığı obraza. Qardaşları onun “gözünü açmağa” çalışır. Hadisə onların idarəsindən çıxır və acı fəsad verir. Deməli, cəmiyyət xeyirlə şərin mubarizəsi uzərində qurulmayıb. Qurulmuş olsa belə,  bəzən xeyir məhz xeyirlə toqquşur və xoşbəxtlik XEYİRin əli ilə də məhv ola bilir.  Həm də fahişə yük olaraq, ad olaraq – kateqoriya olaraq kişilər tərəfindən yaradılıb və kişi də bu kateqoriyada məhv ola bilir.

Tamaşada xarakterlər qarşı-qarşıya qoyulur. Məncə, elə əngəl də bu ziddiyyətdən doğur. Hadisələrin bir tərəfində qadın və onun iztirabı təsvir olunur. Qadın tədbirli – artıq formalaşmış tipajdır. Maraqlı situasiyada vurulur və dəyərləri yenidən dəyərləndirməyə, yenidən formalaşmaya qalxır. Təşəbbüs, cəhd və sonadək əzmlə mübarizə. Hadisələrin digər tərəfində formalaşmamış xarakterdə oğlan və onun bakirə hisləri təsvir olunur: vurulur, aldanaraq vurulur.

“18+”a gəlincə, cəsarətli bir səhnə numayiş olundu. Bunun butun riskini səhnədə, məncə,  aktrisa tək boluşdu. Hər oğlan bir fiqurun arxasında özünü sığortalamış oldu. Bəlkə də sığortalanmış.

Qeyd: Anarın Zauru daha cəsarətli obrazdır, məncə.  Duzdur, Təhminəni Nargilə Qəribovanın canlandırdığı qadın obrazı ilə muqayisə eləmək duzgun deyil, lakin bizim ədəbiyyatda başqa oxşar hadisə yoxdur, bildiyim qədərilə.

Advertisements

From → Resenziya

One Comment
  1. Tamaşaya baxmamışam. Amma, yadıma fransız yazıçısı Mopassanın “Gonbul” əsəri düşdü. Oxumayan mütləq oxusun. Mopassan demək istəyir ki, bəzən fahişələr kübar cəmiyyətdə, yağ-bal içində dolanan insanlardan daha qeyrətli olur. Amma, məncə Mopassan fahişəliyə haqq qazandırmır (ən azı mən belə düşünürəm). Sadəcə, Mopassan demək istəyir ki, bu xüsisiyyət ehtiyacdan yarana bilər və hələ məlum deyil ki, fahişə olmayan insanlar (kişilərə də aiddir, fahişəlik!) fahişənin ehtiyaclarını yaşasaydılar hansı vəziyyətə düşərdilər. Eyni fikirləri Kant özünün məşhur Etika Mühazirələrində söyləyir. Kanta görə müttəhimlər kürsüsündə əyləşən cinayətkarı ittiham edənlər, onun yerində olsaydılar yəqin ki, eyni cinayəti törədərdilər. Bəs, Avara filmində bizə nə deyilir? Yenə də həmin fikirlər!
    Əlbəttə, razılaşmaq olmaz ki, ismət qadınların ən dəyərli xüsusiyyəti deyil. İsmət ailənin varlığını qoruyan əsas şeydir, ailə isə cəmiyyətin dayağıdır. Sağlam cəmiyyətlər mütləq və mütləq sağlam ailələr üzərində qurulur. Bu belədir, və başqa cür də ola bilməz.
    Təbiətdə iki cür hərəkət var: Birincisi Broun hərəkətidir ki, bu hərəkət zərrəciklərin öz hərəkətləri zamanı tam müstəqil olması anlamına gəlir. Lakin indi bu termindən tədricən imtina olunur. Məsələn, əgər okeanda olan su molekulları tam müstəqil olsaydılar, onda bu suyun hamısı uçaraq kosmosa gedər, canlılarsa məhv olardı. Amma, onlar tam müstəqil deyil və ona görə də son zamanlar Fraktal Broun hərəkəti termini işlədilir. Fraktal Broun hərəkəti müəyyən çərçivələr daxilində müstəqillik deməkdir. Yəni su molekulları ancaq Yer kürəsində və özü də müəyyən bir çərçivədə müstəqildir.
    Cəmiyyətdə də belə olmalıdır…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: