Skip to content

Pantomima teatrı. “Kesa və Morito”

Aprel 2, 2011
Kesa və Morito

Bu gün Pantomima’da “Kesa və Morito” tamaşasını izlədim.

Tamaşa monoloqlar şəklində qurulmuşdu. Ümumiyyətlə, tamaşaçıların böyük bir qismi monoloqları sevmir. Və məncə, Pantomima’nın xüsusi tamaşaçı kontinqenti də istisna deyil. Təhkiyə formasında verilməyən bütün əsərərin ən ağır yükü məhz monoloqlarla ötürülür. İndi təsəvvür edin: 2 səhnə, 2–si də monoloq.

Endo Morito obrazını – Ceyhun Dadaşov canlandırdı. Pantomima truppasında samuray obrazı üçün vizual tərəfdən ən münasib seçim, məncə də, Ceyhun bəydir.

Bu obraz mənim bildiyimə görə, neqativ hissin daşıyıcısı olmalı idi. Belə demək mümkünsə, azğın eşqlə sevir, Samuray üçün mövcud olan dəyərləri bu eşqinə satır. Bir ailənin bədbəxtliyinə bais olur.

Mənfi obrazı canlandırmaq aktyor üçün, zənnimcə, riskdir. Təbii ki, söhbət yaxşı canlandırmadan gedir. “7 oğul istərəm” filminə qədər İsmayıl Osmanlının fəqli – nurani bir nüfuzu, sevgisi olub  Bu filmdə Kələntər dayı obrazında mənfur qocanı o qədər gözəl təsvir edib ki, həmin hörmət alt-üst çevrildi. Əslində, bu, İsmayıl bəyin ustalığı idi. Lakin görünən tərəfi – onun sevilməyinin azalması oldu.

“Kesa və Morito”da  rejissor aktyoru belə riskdən qorumaq üçün obrazı başqa tərəfdən işıqlandırdı. Düzdür, elə Akuataqava da əsərdə öz obrazını qorumaq üçün onu tərəddüdlü yazıb. Amma istənilən halda, artıq aktyorun öhdəsinə demək olar ki, ancaq gərgin halı təcəssüm etmək düşürdü.

Kesa obrazını, səhv etmirəmsə, Nargilə Qəribova canlandırdı. Bu aktrisa da obrazın vizual tələblərinə uyğun formaya ərsəyə gətirilmişdi.

Tamaşadan sonra qalıb fikirlərimi bölüşmək istəmədim. Zira bəyənmək çətindir, lakin bu çətinlik insanı sövq edir ki,  bəyənməyini desin. Beləcə, onu demək çox asandır. Bəyənməmək isə əksinə, çox asan başa gəlir. Fəqət bunu izhar etmək çətindir. Burada isə, yəni internetdə, el dili ilə desək, göz görmür, üz utanmır, demək bəyənməmək qədər asan olur. Mənim fikrimcə, hər iki obraz sanki candərdi oynayırdı.  Quruluşu da sevmədim, Kesanın səsləndirilməsi xaricində səslənməni də.

Hekayət: Samuray Morito nüfuzlu bir samurayın arvadını sevir və and içir ki, ərini öldürüb onu özünə, kobud dillə desək, arvad edəcək. Kesi də Moritonu sevir, lakin ərini atmır, əksinə qorumaq fikrinə düşür. Moritonu evə dəvət edir və ərinin qiyafəsini geyinir. Morito Kesinin istədiyi kimi –  onu Kesinin əri sanır və öldürür (qeyd: bura qədər səhnələşdirilib). Başını kəsir və yalnız bundan sonra necə səhv etdiyini görür. Dəli olur, monax həyatı sürməyə başlayır.

Qeyd: foto http://www.pantomima.az  saytındandır.

Advertisements

From → Resenziya

2 Şərh
  1. Kamal, səni başa düşürəm. Arxa sırada oturmuş uşağın dirsəkləri səni bərk narahat edirdi 🙂 Mənim həm boğazım ağrayırdı, həm yuxu basırdı məni, həm də həyəcanlı idim 🙂 özün bildin nəyə görə.. Ümüumilikdə 2 tamaşadan aldığım enerjini bu tamaşadan ala bilmədim. “Məlikməmməd” əsl antidepersandır… Yaşasın “Məlikməmməd” !!!

  2. eqoist, Melik qushu buraxdi, ya yox? 😀

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: