Skip to content

Oxuduğum kitablarda qeydlərim: Nur Persona Non Grata “Həyatımın soundtrack’isən”

Mart 8, 2011

Oxudum.

Nur Persona Non Grata imzasını bir forumdan tanıyıram. Orada bəzi yazıları diqqətimi çəkmişdi. Nəsə doğmalıq var idi – sanki mən yazmışam. Kitabda da eyni şeyi gözləyirdim, amma olmadı. Bir neçə fikirlərini sevdim:

…hətta intihar edən insan belə ümid edərək buna əl atır.

Sənə ən yaxın insan haqqında başqa birisindən öyrəndiyin xəbər sənə həmişə xəyanət təsiri bağışlayır.

Bəzi canilər öz qurbanlarından fərqli olaraq xoşbəxt ölürlər.

Elxan Qaraqanın “A” romanını xatırlatdı mənə.  Eyni hal: müəllifin ağlına maraqlı fikir gəlir, lakin onu ifadə etmək üçün ədəbiyyat bəlkə də ən uğursuz vasitə olur. Çox gözəl haldır ki, insan öz fikrini 200-300 səhifəyə yaza bilir. Lakin bədii təsvir yoxdursa, …

Obrazların təsviri yoxdur.

Şərqdə bir qızın öldüyü evə tanış-bilişin toplanması kimi məqamları unudub.  Hətta ailə üzvünü itirməyin sarsıntısını belə nəzərə almayıb.

Dialoqlarda obrazların kontaktı yoxdur. Elə bil eyni adam danışır. Həm soruşur, həm də cavab verir.

Ortaq sözlərimiz bir neçə dəfə Anadolu türklərinin istifadə etdiyi mənasında işlədilib. və ən əsas – mənim yaralı yerim, korrektə olunmayıb.

Korrektə olunmamış kitablarda niyə 2 korrektorun adı qeyd olunur, anlamıram.

Advertisements
3 Şərh
  1. Obrazların təsviri – eseri eser eden budu. Her obraz haqqindaki tesvirler cox maraqli olur. Bunu bacarmaq, her obraza ayrica bir heyat hekayesi bicmek cetin ishdi

  2. bu usaq yaza bilmir,ozunede demisem )))

  3. fikrattakhmaz permalink

    çox əla yazır !

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: