Skip to content

20 ildən sonra Pantomima xatirəsi

Mart 7, 2011
Pantomima teatrı

Pantomima Teatrının yaxınlığında bir parfüm dükanı var. Dükanın qarşısında həmişə bir qız dayanır və bu yolla gedib-gələnlərə kağız paylayır: lent şəklində kəsilmiş nazik, ətirə batırılmış kağız. Bu, reklamdır – bəlkə kimsə bu kağızı iyləyə, ətiri bəyənə və qayıdıb dükandan həmin ətirdən ala. Mən də həmişə Azadlıq prospekti ilə üzüyuxarı Pantomima teatrına gedərkən bu dükanın qarşısından keçirəm. Hər dəfə həmin qz mənim də qarşıma çıxır və həmin ətirli kağızlardan birini mənə uzadır. Mən də maraq xatirinə deyil, məhz nəzakət xatirinə kağızı alıram, iyləyə-iyləyə gedirəm.

70-80-ci illərdə “Azərbaycan” kinoteatrının yanında sardilka satılırmış. Mənə və yaşıdlarıma bu sardilkadan dadmaq qismət olmadı, amma deyilənə görə, əla tamı var imiş. Kinoya baxmağa gələnlər mütləq bu sardilkadan da alıb yeyirmiş. İnsanların yaddaşında kinoteatrla sardilka arasında qəribə bir əlaqə yaranıb. “Azərbaycan” kinoteatrından söz düşəndə sardilka, sardilkadan söz düşədə “Azərbaycan” kinoteatrını xatırlayırlar.

Dediyim o parfüm kağızları ilə Pantomima teatrı arasında mənim üçün nəsə belə bir əlaqə yaranır. Mən o parfüm dükanına fikir verməmişəm, hətta adını belə bilmirəm. Fəqət 20 ildən sonra mən Pantomima teatrını yadıma salanda mütləq bu ətirli kağızları xatırlayacam:

“… həmişə teatra gedərkən parfüm dükanının qarşısından keçirdim və yolda dayanmış qız mənə ətirli kağız verirdi”.

Advertisements
4 Şərh
  1. Bəzən biri-birinə dəxli olmayan iki şey insanda eyni bir asossiasiya yaradır. Əslində Pantamino teatrının o qıza heç bir dəxli yoxdur, amma Sizin üçün onlar arasında əlaqə var. Təbiətdə də belədir. Məsələn, insan ulduzlara baxaraq Yerdən onları müxtəlif figurlara oxşatmış və bununla da bürclərə ad vermişdir. Məsələn, Böyük Ayı bürcündə yeddi ulduz var ki, onlar bir yerdə bu bürcün assosiasiyasını yaradır. Amma, parsek ölçüsü ilə götürsək, bu ulduzlar biri-birindən çox uzaqdır və onların biri-birinə heç bir dəxli yoxdur. Başqa bir misal isə Ayla Venera ulduzunun sistem yaratmasıdır. İndi türklük simvoluna çevrilməkdə olan bu assosiasiya əslində yoxdur, sadəcə biz onu belə görürük.
    Bu fəlsəfənin köhnə qanunlarından birini yada salır: Hər şeyi necə görürüksə, elə də qəbul edirik.

  2. Siz yeni ədəbiyyatla bağlı Bakıda olmadığınıza görə təəssüflənirdiniz. Məncə, Pantomima məsələsində, həqiqətən, təəssüflənməyə dəyər. Təəssüf ki, Bakıda deyilsiniz, onların tamaşalarında iştirak etmək imkanınız yoxdur.

  3. Kamal, mən ilk dəfə Pantomima teatrında “Məlikməmməd” tamasasına getmişəm, həm də səninlə. Özün şahid oldun ki, o tamaşa mənə necə ləzzət elədi. Yəqin ki, 20 ildən sonra Pantomima teatrını yadıma salanda ilk növbədə “Məlikməmməd” tamaşası yadıma düşəcək… Elə sözün bütün mənalarında 🙂

    • Tamaşa onların profilində deyildi, amma əla keçdi. Ən gözlədiyim tamaşa odur hazırda.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: