Skip to content

Oxuduğum kitablarda qeydlərim: Seymur Baycan “Quqark”

Fevral 28, 2011
Quqark

Seymur Baycanın “Quqark” romanını oxudum. Daha doğrusu, yarımçıq saxlayıb atdım kənara. Səbəb facebook sosial şəbəkəsində müəllifin yazdığı status oldu. Seymur Baycanın dili gözəldir – hadisələri maraqlı təsvir edə bilir. Amma hansı hadisələri? İstədiyi hadisələri. Bəs  nəyi istəyir? Bu, birbaşa onun şəxsi keyfiyyətlərinə söykənir. Müəllifin şəxsi keyfiyyətləri şəxsən mənim üçün çox önəmlidir. İllah da belə -birinci şəxsin təkində yazılan kitablar üçün.

Quqarkda aşpaz qadınla görüş səhnəsi təsvir olunub. Maraqlı təsvir edib, oxucu mütəəssir olur. Elə yazıçı da hadisənin əhəmiyyətini dərk edir və bəlkə də var qüvvəsini səfərbər edir ki, oxucunu mütəəssir edəcək formada təsvir etsin.  Xatirələr, hislər və sonda qadın qəhrəmana hədiyyə verir. Yox, bu, son deyil. Son həmin hədiyyənin keflənib Tiflisdə unudulması olur. Məni mütəəssir edən dəyər müəllifin keflənib tüpürdüyü dəyərdir.

“Pivə içdim” və “soyuq su ilə üzümü yudum” –  bu iki cümləni 70 dəfə təkrar oxusanız, elə bilin ki, kitabın yarısının yarısını oxumusunuz. Bütünn məsələlər müəllifin cinsi və qida tələbatı ilə məhdudlaşdırılır.

Müəllifin cinsi təlabatını belə təsvir eləməsi  ödənişli qadın xidmətindən istifadə edən yeniyetmələrin bunu telefon vasitəsilə videoya çəkib yaymasından nə ilə fərqlənir, anlamıram. Bəlkə, bunu anlasam, kitabı yenidən oxumağa başlayaram.

şəkil abzas.net saytından götürülüb.

Advertisements
11 Şərh
  1. Gözəl analiz.

  2. Cavid, çox sağ olun!

  3. Əgər oxumağı davandırmısansa, o zaman göndər mən oxuyum. Bitirəndə geri göndərərəm, ya da mən də yarımçıq qoyanda ))

  4. Kamal bəy, təəssüf ki, Azırbaycanda olmadığım üçün bu kitabı oxumaq imkanım yoxdur. Ona görə də söhbətin nədən getdiyini təxmini bilirəm. Çox sağ olun ki, bizə bu roman haqqında məlumat verirsiniz. Mən daxilən millətçi deyiləm, yəni bütün millətləri sevən bir adamam. Amma, qonşularımızı yaxşı tanıdığımdan onlar haqqında bir az başqa fikirdəyəm. Məmnuniyyətlə ermənilərlə dostluq edərdim, amma məsələ bundadır ki, onlar bizimlə düşmənçilik edirlər. Məmnuniyyətlə onları bir millət kimi sevərdim, amma məsələ burasındadır ki, onlar bizə nifrət edir. Onlar bizim torpağı tutub. Onlar bizimkiləri qırıb, biz ki, onlara nə isə etməmişik. Axı sənə nifrət edən bir adamla necə dostluq etmək haqqında düşünə bilərsən? Qaldı ki, Seymur Baycana, çox istərdim ki, o Turgenev (ən çox sevdiyim yazıçıdır) kimi hekayələr yazsın və bəlkə də yaza bilərdi. Bəlkə də… Amma ilk baxışdan sadə görünən yazılar yazmaq üçün böyük istedad və bilik tələb olunur.
    Seymur öz yazılarında deyir ki, biz erməniləri assimlyasiya etmişik. Bu lap yalandır. Çünki, başqasının dilini bilmək assimlyasiya deyil. Bakıda yaşayan yəhudilər də bizim dili yaxşı bilir. Belə çıxır ki, onlar da assimlyasiya olunub? Burda, Kaliforniyada çoxlu ermənilər var. Onlar Amerikada assimlyasiya olmayıblar, o ki, qaldı Bakıda olalar. Nə isə…

  5. Ülvi, kitab bir yoldaşdadır. Alıb göndərərəm.

  6. Emil bəy, təəssüf ki, nəinki Seymur Baycan, heç kim Turgenyevi, Dostoyevskini əvəz edə bilmir. Seymurun aid olduğu qolda dili gözəl olanlar var (hər hansı istiqamətdə istifadə olunsa da), digər qolda bu da kasaddır.

  7. Elnur permalink

    Seymur cox gozel yazir,”QUQARK”Azerbaycanda son dovrler yazilmish en gozel eserleden biridir.Seymur yazmalidir…
    ”muəllifin cinsi təlabatını belə təsvir eləməsi ödənişli qadın xidmətindən istifadə edən yeniyetmələrin bunu telefon vasitəsilə videoya çəkib yaymasından nə ilə fərqlənir, anlamıram. Bəlkə, bunu anlasam, kitabı yenidən oxumağa başlayaram”
    Mence,bu kitabi oxuyan,umumiyyetle Seymurun butun kitablarini oxuyan insanlar
    butun menfi keyfiyyetlerden uzaqlashmalidir.

  8. Sözün açığı, kitabda bəzi məqamlar mənə də pis təsir elədi, sadəcə mən nədənsə heç bir kitabı yarımçıq saxlaya bilmirəm… ))

  9. Bu qədər vaxt ərzində əgər oxuyub bitirə bilmirsənsə, deməli, sənə də çox maraqsız gəlib roman.

  10. Deməzdim… Sadəcə başqa kitab oxuyurdum deyə, Quqaek-a gec başladım…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: