Skip to content

Toyuq oğurlamağın texnikası

Yanvar 31, 2011
Toyuq

Deməli, toyuq oğurluğu əməliyyatının əsas hissəsi toyuqların susdurulmasıdır. “Şşş! ” eləsək, başa düşməyəcəklər.  Toyuqları susdurmağın öz yolu var.  Kim onları susdurdusa, elə bil, çaldı.

Fikir vermisinizsə, yağış yağanda toyuqlar dinməz-söyləməz bükülüb otururlar bir kənarda. Toyuq oğurlayanda toyuqların üstünə su səpirsən. Toyuqlar elə bilir ki, yağış yağır, susub otururlar. Yerdə qalır onları qoltuğuna vurub aparmaq. Vəssalam, şüt tamam.

Yoox! Vəssalam deyil. Bir məqam qaldı. İstəsəniz, ürəyinizdə mahnı da oxuya bilərsiz.  Hə, indi vəssalam.

Advertisements
6 Şərh
  1. Utanmırsan? Oğurluğu təbliğ edirsən?!

  2. Oğurluğu yox, toyuq oğrularından qorunmağın yollarını təbliğ edirəm, 🙂

  3. Gözəl yazıdır. Yadıma bir şey düşdü! Bir dəfə 8-ci kilometr qəsəbəsində bir cibgiri yaxalamaq istıyirdilər. Hamı “qoyma qaçdı!” deyə qışqırırdı. Qabaq tərəfdə dayanan bir kişi onu saxlaya bilərdi, amma saxlamadı. Sonra da üzünü caamata tutub dedi: “Bu bədbəxtdən nə istəyirsiniz axı? Belə oğru tutansınızsa, gedin yekə oğruları tutun”.
    Bir dəfə də mən birini avtobusda başqa birisinin cibinə girən gördüm. Ona tərs-tərs baxdım və o da əlini geriyə çəkdi. Amma mən ona tərs baxdığıma rəğmən sakit durdum, hay salmadım. O da yanımdan keçəndə “sağ ol, qədeş!” deyib avtobusdan düşdü (Yəni məni satmadığına görə sağ ol). Bu hadisədən iki ay sonra avtobusda mənim cibimdən 70 dollar pul götürmüşdülər.

  4. Təşəkkür, Emil bəy.

  5. RuSTeM permalink

    toyuq qacir axi ustune su sepende ne edim ?

  6. Suyu bərk səpirsiz yəqin. Yağışa oxşamır. 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: