Skip to content

Metroda gözə kül üfürən polislər

Dekabr 13, 2010
Bakı metropoliteni

Bu günlərdə əlimdə bağlama metroya daxil oldum. Mühafizəyə yaxınlaşıb əlimdəki bağlamanı uzatdım ki, yoxlasın. Polis imtina elədi, zira bağlama ona balaca göründü. Məndən sonra gələn qadınların kartof-soğanla dolu torbalarını isə yoxladı.

Əlimdəki bağlamada kompyuter üçün qidalanma bloku var idi. 15*14*8 sm ölçüsündə. Lakin paketin içində təxminən iki dəfə böyük 30*15*8 sm ölçüsündə görünürdü.  Bizim polis hesab edir ki, bu ölçü təhlükəsizdir. Maraqlıdır, bəs bomba nə boyda olur ki?!

10*5*5 sm ölçüdə trotil 400 qram olur. Adi 10 qəpiklik standart paket təxminən 45*35*20 sm həcm tutur ki, bunu da trotillə doldursaq, təxminən 50 kq olacaq. Məncə, bunu kartof torbasında ayırd etmək daha asandır, nəinki 15*14*8 sm ölçülü adi qutunu trotil şaşkasından.

Bağlamanın içindəki

Advertisements
8 Şərh
  1. Əvvəla mübarəkdi 🙂

    Əslində bizim metro nəzarət polislərinin əksəriyyəti “pokazuxa” üçün detektoru uzadırlar yükə. Ya da yaraşıqlı xanımlar stimul oyadanda qəsdən detektorun səsini çıxardırlar ki… 🙂

  2. və lazım olmayan adamda detektor siqnal verəndə polisin qanı qaralır, 🙂

  3. Ramiq permalink

    Söhbət əlində tuduğun bağlamadan getməy də bilər..Bəlkə də səni şübhəli şəxs hesab etmiyib.. (:

  4. Hə, mənim üzümdən saflıq yağır, 🙂

  5. ilyaz permalink

    Ay Kamal qaqas yuzdefe sene demisem ki metroya cixis qapisindan girme besdide az simiclik ele polisder neynesin axi

  6. shebnem permalink

    Belədirdəə qardaş, belədir… Bir hadisə baş verən kimi isə elə qaynama baş verir ki, elə yoxlayışlar olur ki. Bunu qabaqcadan eləsələr heç hadisə də baş verməz. Özü də indiki zamanlarda. Xüsusən də 2-3 gündür bizim və rusların yaratdığı səs-küyə baxanda…

    (url-im bəzən səhv düşdüyündən, bloqu burda da qeyd edim: http://bloqnb.wordpress.com )

  7. Maraqlı yazıdır. Amma partlayıcının hazırlanma mexanizmi çox dəqiq tısvir olunub. Qorxuram bu yazıdan sonra polis Sizdən bunu haradan bildiyinizi soruşa (zarafat).

  8. Emil, çox sağ olun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: