Skip to content

Oxuduğum kitablarda qeydlərim – “Taun”

Dekabr 5, 2010

Alber Kamyunun “Taun”unu oxudum. “Taun nəfəsli insanlar”, “Səliqəli şənlənmək” kimi ifadələrini sevdim, əsəri isə yox. Yazıçının dili, yoxsa tərcümə qurudur, bilmirəm.

Uşağın can verməyini zülmlə oxudum. Əsərin bütün gücü də bu – bir neçə abzasda idi. Elə zülmlə ki… Müəllif elə eyham vururdu ki, sağalacağını sanırdım. Yoxsa ötürəcəkdim. Oxucunu aldadırmış. Oynadı mənimlə müəllif. Həm də məharətlə. Alber Kamyuya nifrət edirəm. Mən hind kinosu oxumaq istəYİRƏM. Mən hind kinosu yaşamaq istəYİRƏM.

Advertisements
10 Şərh
  1. Musa Ə. permalink

    Kamyu qəribədir, çox qəribədir.

  2. O KİTABI HARDAN VE NECE OXUMAQ OLAR?

  3. Elektron variantı var məndə. Sizə göndərirəm. Burada qeyt etdiyiniz e-mailinizə.

  4. Kamyu qatil deyil. O, bir şahiddir. Böyük yazıçılar yaxşı şahidlik etməyi bacarırlar. Buna görə onlara nifrət etmək gərək deyil. Hind kinoları isə nağıldır. Nağıl yaşamaq hamının arzusu olsa da mümkün deyil.

  5. Həmin vaxt uşağın ölümündən mütəəssir olub ayzmışdım bunu.

  6. Nə qədər qəribə də olsa, hamı sonu yaxşı qurtaran nağılları xoşlayır. Buna görə də hind kinoları çox sevilir. Əgər insanlar hamısı hər şeyin sonunun yaxşı qurtarmasını istəyirsə, deməli, elə bütün insanlar yaxşıdır. Amma, qəribədir, görəsən niyə bu yaxşı insanlar çox vaxt biri-birini başa düşmür? Çox dərin və üzərində düşünməli olduğumuz bir məqamdır bu!

  7. shebnem permalink

    Bu əsəri oxumadığımdan bir fikir bildirmək mənə düşməz, amma bir şeyi qeyd etymək istərdim ki, quruluq əslində tərcümədən də asılı ola bilər. Hərçənd ki, mənim indi oxuyub qutardığım, tərcümə olunmuş bir əsər o qədər maraqlı və təsirli idi ki. Bu zaman da düşünürsən ki, yox-yox iş daha çox elə müəllifin özündədir.

  8. shebnem permalink

    Bilmirəm ki, niyə bloq ünvanım niyə səhv düşür. Mənim bloqum budur: http://bloqnb.wordpress.com

    Bilmirsiniz bu barədə kimə müraciət edə bilərəm?

  9. Şəbnəm, fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Sizin bitirdiyiniz əsər hansıdır?
    Problemə gəlincə, bloq işindən o qədər də yaxşı başım çıxmır. Amma bir niyəsi olmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: