Skip to content

Oxuduğum kitablarda qeydlərim – “Dodaqdan qəlbə”

Dekabr 5, 2010
Rəşad Nuri Güntəkin "Dodaqdan qəlbə"

Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” romanını oxudum. Kitabın arxa hissəsində kimsə qeyd yazmışdı: “Mən hər dəfə Kənan bəylə Lamiə xanımın arasında kiçik, lakin insan qəlbinə hədsiz dərəcədə təsir etməyə qadir olan hadisəni xatırlayanda özümdən asılı olmayaraq qəlbimin ən dərin guşəsində bir ağrı hiss edirəm və öz-özümə -yazıq Kənan və Lamiə, -deyə düşünürəm.”

Mənim fikrim isə fərqlidir. Əsərdə elə bir obraz yoxdur ki, tam mübət rəy və maraq oyatsın.

Lamiəyə gəlincə, qurban kimi təsvir edilib, amma

“…Mən sənə bənzəyən oğlan uşağı gözləyirdim…Məbrurəni bir o qədər sevmirəm. Ancaq yazığım gəlir…”

bir bu abzas bəs etdi, bu obraz mənfi rəy oyatsın məndə.

Rəşad bəyin digər romanları kimi bu da bədbin tərzdə yazılıb.

Bəzilərindən fərqli olaraq, elə bədbin sonluqla da bitir. Rəşad bəyin bütün romanları kimi bunda da az yer verilsə belə, uşağın valideynlərindən ayrılması təsvir edilib.

Roman mənə bir qədər Teodor Drayzerin “Cenni Herhardt” romanını xatırlatdı.  Sərf etdiyim vaxta heyf.

2008-ci il

Advertisements
3 Şərh
  1. Bu əsər çox populyar olsa da onu Cenni Herhardtla müqayisə etməkdən uzağam. Cenni Herhardt əsərində müəllif kəskin ictimai problemlər qoyur və onları uöurla təsvir edir. “Dodaqdan qəlbə” ısırini isə müasir türk serialları ilə müqayisə etmək olar. Çoxdan oxumuşam, yadımda qalan bu olub ki, Vədat dayısının arvadı olmuş birisi ilə evlənir. Bu hadisə məndə də ikrah oyatmışdı.

    Məncə müəllifin demək istədiyi yeganə şey odur ki, ən alovlu məhəbbət gec-tez sönür.

    Yadımdadır, Azərbaycanda da bu əsərə bir serial çəkilmişdi. Serial çox uğursuz idi. Artistlər süni oynayırdılar. Baş rollardan birində isə İftixar Piriyev idi. Bu rol ona heç yaraşmırdı.

  2. Konkret bədbin ruhuna görə müqayisə elədim. Drayzer də belə bədbin yazır və sırf acınacaqlı həyat təsvir eləməyi sevir sanki.

  3. Razılaşmıram. “Dodaqdan qelbe” “Bir gün” kimi lomka vermeyi bacarır. Yeni ki, yaxşıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: