Skip to content

Polis tərəfindən tutulma/həbsə alınma qaydası

Dekabr 4, 2010

Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta və ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun.Polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına  yalnız  (!)  aşağıdakı hallarda yol verilə bilər:

  1. şəxs cinayət və ya inzibati xəta  törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda;
  2. hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə;
  3. şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati xətalarıtı  izləri tapıldıqda.

Qeyri bir halda polis əməkdaşı məhkəmə qərarı olmadan şəxsi tuta və ya həbs edə bilməz.  Şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

Tutulma və ya həbsə alınma zamanı polis əməkdaşı mütləq (!)

  • özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməli;
  • tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli;
  • özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməli;
  • şəxsi təxirəsalınmadan polis orqanına gətirməli;
  • tutulma və ya həbsəalma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsəalma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir.

Vətəndaşın tutulması və ya həbsə alınması ilə bağlı məlumat  yaxın qohumlarına, iş və ya təhsil yerinə  onun tələbi ilə (!) verilə bilər.

İstisna hal kimi qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti (!) öz təşəbbüsü ilə xəbər verir. Diqqət! Tutulmanı həyata keçirən pois əməkdaşı yox, saxlanma yerinin müdirinin təşəbbüsü ilə.

İnsanların şəxsi həyatına toxunan məlumatları açıqlamaq və ya açıqlamaqla insanı təhdid etmək polis əməkdaşına qadağandır.

İstinad mənbəyi:  “Polis haqqında” Azərbaycan Respublikası Qanunu

Lüğət:

Həbs – inzibati xətanın törədilməsinə görə inzibati tənbeh kimi və ya qətimkan tədbiri qismində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda va qaydada şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla müvafiq həbsdə saxlanılma yerində saxlanılmasıdır;

Tutulma – Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qayduda şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır.

Advertisements

From → Hüquq - maarif

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: