Skip to content
Tags

, ,

“BMW”nin uğur modeli

Noyabr 28, 2010

Bütün korporasiyaların inkişafı insan resurslarından keçir. İşçilərin narazı olduğu bir korporasiya, məncə, cəmiyyətdə nüfuz qazana bilməz. Hər bir işçi- xadimədən tutmuş ən ali struktur vahidinin rəhbərinə kimi hər bir işçi gün ərzində olduğu bütün dairələrdə istər-istəməz işlədiyi korporasiyanı təmsil edir. Və filan bir şirkətdə işləyən bəhmənkəsin yanında heç kim “Filan şirkət” demir, ona xitabən “sizin şirkət”  deyir. Odur ki, korporasiyanın düzgün inkişafı üçün ilk növbədə düzgün kadr siyasəti həyata keçirilməlidir. Tarık Tamer Bayraktarın “Evdəki rənglər” kitabından bir parçanı paylaşmaq istəyirəm:

1982-ci ildə “BMW insan resursları idarəsi” hər işçinin fikrini alma və onların kəşflərindən faydalanma layihəsi” həyata keçirməyə başladı. Hər bir işçinin BMW ailəsindən olduğunu vurğulayıb dəstək istədilər. Bir müdət sonra zavodun bir işçisi müdiriyyətə avtomobil bir yerə yaxınlaşdıqda xəbərdarlıq edən “sensor” sistemini təqdim etdi.

Nəticəsi nə oldu? Digər bütün avtomobil markaları bu sistemi istehsal etdikləri avtomobilə tətbiq etmək üçün patent pulu ödəmək məcburiyyətində qaldılar. Bir işçinin verdiyi faydanın miqyasını siz özünüz düşünün artıq.

Advertisements
4 Şərh
  1. Bilmirəm burda CRMdən danışırsınız, yoxsa yox, ümumiyyətlə CRMin tətbiqi firmaların uğur əldə etməsi üçün pərdəarxası ən böyük işləri olmalıdı. İEÖ firmaları artıq bu sahədə peşəkarlaşıblar. Bizdə isə çox az tətbiq olunur. Azercell və bəzi bankları çıxmaq şərtiylə CRMin tətbiqi demək olar ki, yoxdur.

  2. Zira sağlam bazar mövcud deyil.

  3. Amma sizin nəzərdə tutduğunuz bankları bir əlin barmaqları ilə saymaq olar, məncə.

    • Məncə də. Burda bankları tam günahkar da hesab eləmirəm. Bazarın xüsusiyyətlərin həmin ölkənin vətəndaşları müəyyən edir. Bizim cəmiyyət isə hələ CRMə hazır deyil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: