Skip to content

Halstat sevgisi

Noyabr 27, 2010
Hallstat

Bir neçə il əvvəl şəkillərdə bir şəhərə əməlli-başlı vuruldum. Avstriyanın Hallstat şəhərinə. Bütün günü bu şəhər başımda idi.  Getmək, görmək, gəzmək istəyirdim. Şəhərlə bağlı plan qururdum. Mənə nağıl kimi görünürdü, amma bilirdim ki, bircə dəfə orada olsam, adiləşəcək. Fanklubuna üzv oldum. Hallstat haqqında daha çox məlumat toplamaq istəyirdim. Başqa üzvlərlə söhbət əsnasında bildim ki, əhalisi azdır, min nəfərdən də az. Əksər hissəsini yaşlılar təşkil edir. Demoqrafik artım cüzidir. Əhali duzçuluqla məşğul olur. Əsas gəlir isə turizmdəndir. Cəmi-cümlətani 60 kv.km ərazisi var. Bir gün İtaliyadan olan Silvia adlı bir üzv mənə təklif etdi ki, bu həftəsonu Hallstata getmək istəyirik, sən də qoşul. Mən isə gələ bilməyəcəyimi birtəhər əsaslandırdım. Mənim Avstriyaya getməyim ən azı bir neçə ay əvvəldən planlaşdırılmalı idi ki, pul yığım. maraqlı gəldi ki, 1 gün ərzində qərar verib, İtaliyadan Avstriyaya  səfərə çıxan qadın nə işlə məşğuldur. Soruşdum, dedi ki, satıcı işləyir. O, ingilis dilini zəif bilirdi. Mən ondan da beş betər. Əmin olmaq üçün bir də soruşdum:

– mağazada?

– bəli.  Bəs sən?

Mən də utana-utana cavab verdim:

– mən  bankda işləyirəm.

Halstatda qış

Halstatda qış

Halstatda yaz

Halstatda yaz

Halstat. Mərkəzi meydan

Halstatın mərkəzində meydan

Halstatın mərkəzi küçələrindən

Halstatın mərkəzi küçələrindən

Halstat. Kilsə və məzarlıq

Halstat. Kilsə və məzarlıq

Halstat. Dini bayram tədbiri

Halstat. Dini bayram tədbiri

Advertisements
4 Şərh
  1. Şengen vizası ilə Avropanın bu başından vurub o biri başından çıxman arzusu ilə 🙂

  2. Eh… Məndə Sarayevo belədir, amma sırf mətn əsasında, çünki şəkilləri dəhşətli və acıvericidir

  3. Gözəl Yerə oxşayır. Ümumiyyətlə, dağlar olan yer həmişə gözəl olur. Alp dağlarının şimal zolağı Avstriyadan keçir, ona görə də yayda gözəl olur oralar. Amma, belə şəhərlərin də problemləri olur. Məsələn, işsizlik problemi. Ona görə də gənclər tədricən belə şəhərləri tərk edib gedirlər. Dövlətlər bu cür regionların dirçəldilməsi üçün çoxlu pullar xərcləyir, amma, xeyri yoxdur. Çünki, quyuya su tökməklə quyuda su olmaz.
    Turizm yəqin ki, burada çox inkişaf edib. Belə yerlərdə insanlar gülərüz olurlar. Amma gəlmələrin belə yerlərdə daimi qalması onların xoşuna gəlmir. Bu yerdə qonaqlar haqqında deyilən çoxlu atalar sözləri yada düşür. Yəqin bu zərb məsəllərinin heç birini Amerikaya aid etmək olmaz. Əgər, sən nir Amerikalının yanında desən ki, burada qalmaq istəyirəm, mütləq belə deyəcək: Nə yaxşı, buyurun qalın, Amerika yaşamaq üçün yaxşı yerdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: