Skip to content

Mən ateistəm, yoxsa aqnostik?

Noyabr 18, 2010

Yeni doqmaların simasındakı tolerantlığın bəraəti

Bertrand Rassel (1947 cil il)

Düşünürəm ki, o vaxtdan bəri Kansler Məhkəməsi bundan peşmançılıq da çəkə bilərdi.  Onların ümid etdiyi qədər yaxşı olacağı görünmürdü.  Deyə bilərsiniz ki, məsihipərvər təhsilin ləğv edilməsi ümumiyyətlə acınacaqlı bir nəticə ola bilərdi, çünki bu halda daha rasionalistlər də mövcud olmazdı.

Onlar əsasən bir atanın oğluna rasional düşüncəli yox, mütləq muggletonçu və ya başqa bir cəfəng təhsilin verilməsini tələb etməyə icazə verən bir təhsil sisteminə reaksiya olaraq baş qaldırırlar. Cavanlığımda bu qeyri-qanuni sayılırdı.

Günah və yepiskoplar

Rasionalist olduğumdan bəri mən belə nəticəyə gəlmişəm ki, dünyada hələ də rasionalist mövqeyin təcrübi vacibliyi üçün böyük əhatə dairəsi mövcuddur; yalnız geologiya işlərində yox, boşanma və doğum idarəsi kimi təcrübi hallarda da həmçinin. Təzə-təzə ortaya çıxan problemlərdən biri də süni mayalandırmadır. Kahinlərin bizə böyük bir günah kimi təsvir etdiyi  bu hal yalnız o səbəbdən bu cür mənfi şəkildə təsvir olunur ki, guya İncildə o haqda nəsə yazılıb. O, kiməsə zərər verib-vermədiyinə görə günah sayılmır və məsələ bunda deyil.  O vaxta qədər ki, Parlament hər hansı bir şeyi onun haqqında İncildə nəsə yazılmasına görə qanundankənar elan edəcək və o vaxta qədər ki, belə isbatla Parlamentə nəyisə inandırmaq olur, təcrübi rasionalizmdə açıq-aydın böyük ehtiyac var.

Bildiyiniz kimi, mən Birləşmiş Ştatlarda böyük bir problemlə üzləşmişdim. Səbəbi mənim bəzi təcrübi problemlərlə bağlı İncilin verdiyi müəyyən əxlaqi məsləhətin məntiqsiz hesab etdiyim və bəzi hallarda İncilin dediyi kimi yox, fərqli üslubda davranmağa üstünlük verdiyim olmuşdur. Bu əsasda Hüquq məhkəməsi məni hər hansı ABŞ universitetində dərs deməyə yararsız elan etmişdi və buna görə də mənim rasionalizmə digər mövqelərə nisbətən daha çox üstünlük verməyimə səbəb yarandı.

Bu qədər qətiyyətli olmayın

Rasionalizm sualını müəyyən etmək bir o qədər də asan deyil. Mən hesab etmirəm ki, sən bunu hansısa xristian inancına və ya başqa bir inanca şamil edə biləsən. Bu, tamamilə rasionalist olmaq üçün mümkün olan bir şeydir ki, tam və həqiqi mənada bu və ya digər inancı qəbul etmək olar.  Sənin fikirlərinin nə olduğu vacib deyil. Əsas odur ki, sən bu fikirlərə necə gəlib çıxmısan. Bu da bizim nəyə inandığımızın ən alisidir. Əgər bu səbəb səni artodoksal nəticələrə gətirirsə, deməli, sən hələ də rasionalistsən. Fikrimcə, ən vacib məsələ budur ki, hər kəsin arqumentləri elm tərəfindən qəbul olunan əsaslara söykənsin.  Digər şəxsin qəbul etdiyinə birmənalı istinad edilməməlidir. Və bunlar da daha çox və ya az nisbətdə götürülür.

Allahın varlığının sübutu

Rasionalizmin əsas prinsiplərindən biri tam hər şeydən əmin olmaqdır. Bu da mənə çətinlik yaradan praktiki sualar ortaya çıxarır. Mən xarici ölkələrə, türmələrə və ya bənzər məkanlara getdikdə mənim hansı dinə mənsub olduğumu soruşurlar. Bilmirəm, aqnostik olduğumu, yoxsa ateist olduğumu deyim. Bu çox çətin sual olduğu üçün, məncə, hər biriniz bunu açıqlamağa çətinlik çəkərsiiz. Əgər fəlsəfi kontestdən yanaşsaq, məncə, mən özümü aqnostik kimi tanıdaram. Mən düşünə bilmərəm ki, həlledici arqument olaraq, kiməsə Allahın olmadığı sübut edilmişdir. Başqa bir tərəfdən düzgün yanaşsaq, məsələn, küçədə gedən zaman hər hansı adi bir insana rast gəlsəm, ona ateist olduğumu desəm, onda mən Allahın olmadığını sübut edə bilmərəm. Və bununla bərabər Homerik allahların olmadığını da sübut edə bilmərəm. Bizdən heç birimiz Homer allahlarının həqiqət olmadığını təsdiqləyə bilmərik. Düşünəndə ki, Zevs, Hera, Poseydon allahları mövcud olmayıb, adamı lap vahimə bürüyür. Sən bunu dəqiqliklə sübut edə bilməzsən. Buna görə də olimpik allahlara hörmət əlaməti olaraq, təmiz fəlsəfi tərəfdən yanaşsaq, deməli, mən aqnostikəm. Lakin ümumi yanaşsaq, hamımız allahlara hörmət əlaməti olaraq, ateist olduğumuzu deyə bilərdik.  Xristianların allahına aid eyni şeyi demək olar.

Spektisizm

Necə ki, xristian Allahının mövcudluğunu ehtimal və müəyyən etmək olarsa, eləcə də bunu Homerik allaha da aid etmək olar. Mən sübut edə bilmərəm ki, bu allahlar olmayıb. Lakin onlara qarşı qoyulan digər allahlar alternativlik təşkil edə bilər. Buna görə mən ateistliyin çətin problemlər yaratdığını deyə bilərəm. Ona görə də istər bunun, istərsə də digərlərinin çox da məlum olmayan prinsipləri var. Əgər bir insan heç bir şeyin müəyyən olunmadığını qəbul edirsə, mən hesab edirəm ki, o həmçinin bəzi şeylərin digərlərinə nisbətən daha müəyyən olunduğunu da müəyyən etməlidir.  Bu və ya digər siyasi partiyanın mövqeyini müəyyən etməkdənsə, bizim bu gün burda yığışmağımız daha dəqiqdir. Əlbəttə ki, müəyyənliyin müxtəlif dərəcələri və bu faltı vurğulayarkən ona həssaslıqla yanaşılmalıdır. Çünki əks halda tamamilə spektisizmə qapılmaq olar. Tam spektisizm isə öz növbəsində, əlbəttə ki, bir yükə çevrilə və tamamilə yararsız ola bilər.

Təqib etmək

Unutmamaq lazımdır ki, bəzi şeylər digərlərinə nisbətən daha çox və hətta o dərəcədə mümkün ola biləndir ki, təqib olunma hallarını çıxmaq şərtilə, təcrübədə onların heç də tam mümkün olmadığını xatırlamağa dəyməz.  Belə ki, kiminsə buna inanmadığına görə alovda yandırılmağına gəldikdə, unutmamaq lazımdır ki, həqiqətən, o haqlı ola bilərmiş. Və bu da göstərir ki, onu təqib etməyə dəyməzmiş.

Ümumiyyətlə, əgər hər hansı bir insan desə ki, dünya müstəvi şəklindədir, mən onun öz fikrini istədiyi qədər təbliğ etməsinin tərəfdarıyam. O, düz düşünə bilər. Lakin mən bu fikirlə razı deyiləm. Təcrübəyə əsasən fərz edək ki, Yer kürəsi yumrudur. Məncə, bu fikirlə razılaşsaq, yanılmış oluruq. Buna görə də biz spektisizmi tamamlaya bilərik, bunun mümkünlüyünü ehkam edir.  Düşünürəm ki, ümumiyyətlə, dünyanın necə ehkam olmasını anlamaq olar.

Dünya yeni doqmalarla doludur. Çox güman ki, köhnəlmiş doqmalar artıq məhv olmuşdur. Lakin onların yerinə yeniləri baş qaldırıb. Düşünürəm ki, doqmalar mütənasib yenilik gətirmək üçün ziyanlı bir şeydir. Yeni doqmalar köhnələrdən qat-qat pisdir.

Tərcümə:

Ülkər Rəsul

Murad Süleymanov

Advertisements

From → Metafizika

One Comment
  1. Liberté permalink

    rehmetlik rasselçün en çox heyfsilendiyim şey bu olub ki, adam olmadığını anlamayıb. kantlara, hegellere, dekartlara döşeyende, vittqenşteyne çepeki baxanda, dili 3-4 mentiqi operatorun yardımıyla qurulan “yarıcanlı ölü”ye benzedende özünün de 1-0 la işleyen maşın olduğunu elave elmeyi tamam yaddan çıxarmışdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: