Skip to content

Pərəstişkar

Noyabr 10, 2010

Ququşun “Uzun gecə” filmində yaratdığı obrazdan başlamaq istəyirəm. Müsbətdir, yoxsa mənfi. Filmin sonunda Ququşun sevgilisinin həyatı uğrunda mübarizə apardığını görürük. Qadın öz eşqinin dalınca gedir, çılğın günlər keçirir. Sonda bütün imkanlarını səfərbər edir ki, sevgilisini həyatda saxlasın. Və istər-istəməz müsbət obraz təəssüratı yaradır. Lakin filmin əvvəlini yada salaq. Pərəstişkarınnı anası onun yanına gəlir və oğlunun ağır xəstə olduğunu deyir. Xahiş edir ki, qısa bir vaxtını ayırıb onu ziyarət etsin. Ququş buna son dərəcə etinasız yanaşır.  Lakin bir müddət sonra öz ehtirası onu həmin mənzilə aparır.  Öz pərəstişkarına etinasız yanaşan, özü ilə pərəstişkarları arasında hədd qoyan bir sənətkar sevilməyə layiqdirmi?

Mən Sezen Aksunun pərəstişkarıyam. Ququşun qəhrəmanından fərqli olaraq, özünü qadın kimi deyil, sənətini sevirəm. 2006-cı ildə Sezenin Bakıdakı konsertinə getdim. Konsert zamanı salon tam işıqlı olmadığına görə imza qoymurdu. Danışıldı ki, konsertdən sonra kim istəsə yaxınlaşıb diskinə imza atdıra bilər. Mən də belə elədim. Sezenin qan təzyiqi qalxmışdı. Özünü yaxşı hiss eləmirdi. Plyus çıxanda jurnalistlərlə sözü çəp gəldi. İmzalanmaya tamaşaçılardan məndən başqa heç kim qalmamışdı. Cangüdənlər  jurnalistlərin arasından yol açırdı ki, Sezen binadan çıxsın.  Mən də bu jurnalistlərin arasından ona yaxınlaşmaq istəyirdim. Məni də əngəllədilər. Sezen bu qarışıqlıqda məni gördü və müdaxilə etdi. Diski götürdü ki, imzalasın. Adımı öyrəndi. Lakin qələm yağlı disk qabınnı üzərində yazmadı. Təkrar-təkrar yoxladıq. Həm o, həm də mən. Lakin qələm yazmadı ki  yazmadı. Sonda cangüdənlərdən biri öz qələmini verdi. Bu, bir neçə dəqiqə vaxt aparırdı, lakin Sezen tərini pozmadan gözlədi.  Mənə görə gözlədi və mənim üçün diskimin (əslində, Sezenin diskinin) üzərində imza qoydu.  Bu, sənətkarın öz pərəstişkarına etinası idi.

Sezen Aksu imzası

Sezen Aksu imzası

Bu hadisədən bir il sonra yoldaşlarım Şəkiyə dincəlməyə getmişdi. Həmin vaxt Şəkidə “Hökmdarın taleyi” filminin çəkilişi gedirdi. Çəkilişdən çıxarkən Fəxrəddin Manafova yanaşıblar ki, şəkil çəkdirsinlər. Bizim aktyorumuz da yorğun olduğunu bildirib və “uşaqlar, sabah gələrsiniz, çəkdirərik”, -deyərək imtina edib. Bu da sənətkarın öz tamaşaçılarına etinasızlığıdır. Bir qədər sonra yoldaşlardan biri Fəxrəddin Manafovla qohum çıxıb və o xahiş etdikdən  sonra Fəxrəddin bəy şəkil çəkdirməyə razılıq verib.  Görəsən, Fəxrəddin Manafovun nə qədər pərəstişkarı var? Görəsən, bütün fəaliyyəti əsnasında ona neçə nəfər şəkil çəkdirmək üçün yaxınlaşıb?

Mən ömrümdə bircə dəfə şəkil çəkdirmək üçün hansısa məşhura yaxınlaşımam. Bu da Sənubər İsgəndərli olub. Tamaşadan sonra (çəkilişdən yox da, tamaşadan) səhnə arxasında yaxınlaşdım. Təşəbbüsümü sevərək qəbul etdi və budur, şəkil çəkdirdik.

Sənubər İsgəndərli

Sənubər İsgəndərli

Advertisements
12 Şərh
  1. Sezenin bu etinası səninin ona olan sevgini daha da alışdırıb, belə görsənir.

  2. Rüfət permalink

    Sezənin minnəti olsun ki, sənin kimi oğlan ondan imza alıb… 3 saatda olsaydı, gözləməli idi…

    Kamal,Fəxrəddin Manafov üçün dediklərinlə razılaşmıram. O Aktyoru sevənlər çoxdur…sadəcə yəqin həmin vaxt çooox yorğun olub….

    O ki, qaldı Sənubər Xanıma – bu xanımı əslində mən də xoşlayıram… Sənubər xanım da bütün sevənlərinə qarşı diqqətli deyil… Mən Sənubər xanımın 1 tamaşaçısı kimi,Sənubər xanımın sənətini sevən 1 insan kimi FB-da Sənubər xanıma dostluq təklifi göndərdim.. 3 aydan sonra qəbul etdı… O da ki, elə bu şəkilin altındakı kommentarimdən sonra…

    • Rüfət, çox deyərkən hansı sayı nəzərdə tutursan? Azərbaycanda heç əhali çox deyil, o ki qaldı onu sevən. Axı mən Sezen Aksu ilə müqayisə elədim. Şəkil çəkdirmə əhvalarını tam bilsəydin, belə danışmazdın.

  3. Alqışlansın Bəy!

  4. Vusala Alibayli permalink

    Kamal, hər dəfə sənin blogunu oxuyandan sonra mənə də yazmaq həvəsi gəlir. Çox maraqlı yazdığın üçün…

  5. Senuber Isgenderli permalink

    Kamal bey. blokunuza devet etdiyiniz ucun, minnetdaram..Sezen Aksunu men de sevirem))) Fexreddin Manafovu ise, xususile))) Bilirsiz necedir?! Her hansi senet adami ile ilk goruw yaddagalan olur…o anda senetci ozunu nece aparacagsa, giymetini de ele alacag…. Amma sizler de tez netice cixarmaga telesmeyin, cunki, her bir addimin bir aciglamasi mutleg var))) Amma en boyuk hegiget odur ki. seneti giymetlendiren tamawaci olmasa, ne senet, ne senetkar var olar!

    P.S.Rufet bey, bu arada, xetrinize deymiwemse, uzr isteyirem)

  6. Mən də Sizə fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm!

  7. Rüfət permalink

    Sənubər xanım, çox -çox üzr istəyirəm…. Deyəsən mən bir az kobud yazmışam..Bağışlayın… Həqiqətən sizi çox sevirəm.. Gərək 1 gün tamaşanıza gəlim və bununla da günahımı yumuş olaram… 🙂

  8. Kamal, bes menle de shekil chekdirmisen axi!
    Men meger meshhuri-chahan deyilem, siravi adamam!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: