Skip to content

Azərbaycan Dövlət Neft Akademiyasından ağıllı addım

Noyabr 5, 2010

Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsi

 

Şəkildə gördüyünüz bina Nizami küçəsi ilə Fikrət Əmirov küçəsinin kəsişməsində yerləşir. Azərbaycan Dövlət Neft Akademiyasının “3-cü korpus” deyilən binasının həndəvərindədir. ADNA’da oxuduğum illərdən xatırlayıram ki, əvvəllər bu yerdə çay və bilyard evi yerləşirdi. Tələbələrdən kimi itirsəydin, orda tapa bilərdin. O vaxt Akademiya bu korpusda dərsi olan tələbələri həmin çayxanadan yığışdırıb auditoriyalara gətirmək gücündə deyildi. Nəinki gücündə, bəlkə də heç marağında da deyildi. Amma bu gün görürəm ki, tələbələrin dərslərə alternativ “domino və bilyard” meylinə qarşı ağıllı addım atılıb. Həmin yerdə artıq Azərbaycan Dövlət Neft Akademiyasının “Gənclik” mahnı və rəqs studiyası yerləşir.  İndi bu meyl başqa,  nisbətən yaxşı bir alternativlə əvəz edilir.

 

 

Qarğa uçdu, qaz qondu.

 

Advertisements
11 Şərh
  1. Ora çoxdan rəqs bazasıdır, sadəcə çox iyrənc bir yer idi :S siçanlar falan dolu olurdu :S bu il təmir elədilər, yenidən istifadəyə verdilər. Sözdə akademiya üçündür, amma pullu rəqs dərsləri keçilir. Yalandan da həftədə 2 dəfə 1 saat tələbələrə rəqs dərsləri olur.

  2. Ramiq permalink

    mən o 4 il ərzində heç elə yerin var olduğundan xəbərim olmuyub…(:

    • Zira sən o korpusda olmamısan. Köhnə Bakı mehmanxanasının birinci mərtəbəsindən də xəbərin olmayıb?

  3. Rüfət permalink

    İndi açıqla görək qarğa kimdir, qaz kim ????

    • Əvvəl çayxana idi – domino klubu, indi oldu rəqs klubu. Hər ikisi dərsə alternativdir.

  4. Misalı düz yazmamısan. Deyirlər: Quş uçdu, qarğa qondu. Yəni elə qarğa da quşdur.

    • Gəl, bəy, ordan başlayaq ki, mən misal yox, məsəl yazmışam, 🙂

      • Deyimlerden danishiriqsa misal da demek olar. Danishanda deyirler misal ucun.

  5. Ulya permalink

    Hele sevininki hemin mekanda reqs studiyasi yaradilib, bashqa shey yaradilmayib

  6. Oranın qapısını həmişə bağlı görməyim, oranın ümumiyyətlə işləməməyi təəssüratı yaradırdı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: