Skip to content

Qarabağa görə döyüşməyə dəyər?

Noyabr 3, 2010

Fərd var və hər fərdin öz marağı var. Bir, iki, üç, hətta milyon fərdin eyni marağı ola bilər. Bu halda filankəsin, bəsmənkəsin  deyə milyon adı sadalamamaq üçün buna milyonların marağı deyirik. Və əgər bu milyon insan bir milli mənsubiyyətə malikdirsə, onların marağı milli maraq kimi görsənir. Milli maraq sadəcə bədii ifadədir.

Millət üçün maraq yazıla bilməz.

Millət üçün maraq müəyyən oluna bilməz.

Təsəvvür edin ki, müharibə oldu və torpaqları geri aldıq. Neçə əsgər şəhid olacaq. Bu şəhidlərin ailəsi kommunal ödənişlərdən ömürlük azad olurlar. Əladır. Hələ üstəlik onlara müavinət də kəsilir- 150 manat*. İndi təsəvvür edin ki, bir qadın və iki uşaq bu 150 manatı bir ay yeməlidir.

Təsəvvür edin ki, müharibə gedir: mən səngərdəyəm, hansısa Həsən barda oturub. Mən yaralanıb hospitala düşəndə, Həsən tanış olduğu qızla otelə düşəcək. Mən əlil olub evə qayıdıram, Həsən paxmeldə evə qayıdır. Müharibə bitdi və torpaqları geri aldıq. İndi mən bankomatın qarşısında mənə kəsilmiş 200 manat təqaüdü almaq üçün növbəyə dayananda Həsən Şuşaya gəzməyə gedəcək. Mən necə, gedə biləcəyəm? Bu gün Nabrana, Qəbələyə, İlisuya gedə bilməyən insanlar Qarabağı alıb Şuşaya, Kəlbəcərə gedə biləcək? Yenə hansısa Həsən bir otel tikib, gecəsinə filan qədər qiymət qoyacaq və yenə milyonlarla insan məzuniyyətini elə işlədiyi yerdə keçirmək məcburiyyətində qalacaq.

Qaytarılan torpaqlar bizə nə qədər aid olacaq?  İnsan tikib, 20 il yaşadığı evinə mənim evim demək üçün BT deyilən quruma filan qədər pul verməli olur. İndi alınan torpağa “mənim torpağım” deyə biləcək?

Bu problem anlayış tapanda Qarabağ problemini də özü ilə çözümə sürükləyəcək.

Bəli, Qarabağa görə döyüşməyə dəyər. O halda ki, bizim olacaq. Torpaq insanların marağına çevrilməyincə insanlar onun üçün döyüşə getməyəcək. Getsə belə, özü də bilmədən Həsənlərin gələcəyi üçün döyüşəcək.

* 2010-cu ilin sentyabrından Prezident fərmanı ilə şəhid ailələrinə ayrılan müavinət 50% artırılaraq 150 manat olub.

Advertisements
One Comment

Trackbacks & Pingbacks

  1. Qarabağa görə döyüşməyə dəyər? | Azblog.org

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: