Skip to content

5 aylıq yarımqol həsrəti

Noyabr 2, 2010

Havalar soyudu. Ta ki, martın sonuna kimi belə buludlu, yağışlı havalar bol olacaq.

Ən yaxşı halda martın sonunda günəş görünəcək. Və o zaman küçələrdə mütləq

5-3 nəfər yarımqolda olacaq. Bunlar soyuq aylarda fitneslə məşğul olanlardır.

Neçə aya onlara müyəsər olan “bədən”i nümayiş etdirməyə başlayırlar. Cüzi əzələ

şişirən kimi, Sabirin təbirilə desək, çırmanırıq keçməyə çay gəlməmiş, başlayırıq

qızmağa yay gəlməmiş.

Marta kimi isə günəş yoxdur ki, küçəni vitrinə çevirəsən. Ərsəyə gəlmiş əzələni

necə göstərmək olar? Gərək kiməsə çiyin vurasan, kiməsə ilişəsən, əlqərəz “движение”

edəsən.

Dünən Həzi Aslanov m/s-nin yanından mağazaların qarşısı ilə keçirdim. Bunlardan

birində təmir gedirdi: metlax vururdular. Səkini bağlamışdılar, bütün piyadalar səkinin

kənarı ilə keçib gedirdi. Qarşımda gedən iki yeniyetmə gərək ki, trenajor zalından gəlirdilər.

İnada düşdülər ki, məhz səki ilə vurulmaqda olan metlaxların üstündən keçəcəklər. İpin

üstündən aşdılar. Ustaların bütün etirazına baxmayaraq, gədalardan biri metlaxın üstü

ilə keçib getdi. “Mən həmişə belə getmişəm, yenə də belə gedəcəm!” İkincisi isə nazik qollarını

bədənindən bir xeyli aralı tutub, kaçokvari manera ilə boynunu sağa-sola şaqqıldada-şaqqıldada

qayıdıb səkinin kənarı ilə getdi.

Advertisements

From → Esse

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: