Skip to content

17 yaşlı yeniyetmənin edamı haqqında

Sentyabr 19, 2010

1980-ci ilə kimi Türkiyə hakimiyyəti  dönüb ətrafında Sovet İttifaqını görəndə hər bir solçu vətəndaşından ehtiyat edirdi. 80-ci ildə iş o yerə çatdı ki, hakimiyyəti solçuluqdan sığortalamaq üçün artıq kimisə mühacirətə göndərmək, həbs etmək kifayət etmirdi. Kütlənin gözünü qorxutmaq üçün yalnız edam/edamlar qalırdı. Və bu halda “Yurtsever Devrimci Gençlik Derneği”nin üzvü Sinan Sunerin öldürülməsinə etiraz olaraq keçirilən aksiyadan 24  nəfər, onların arasından Erdal Eren seçildi.

Erdal Eren aksiya zamanı hərbiçi Zekeriya Öngenin öldürülməsində təqsirləndirilirdi. Yaşının 18-dən az olmasına rəğmən, ona edam hökmü kəsilir Tibbi ekspertizanın rəyində qeyd olunmuşdu ki, güllə dəliyinin ətrafında yanıq izi var. Bu isə o deməkdir ki, atəş 10 sm – 1 m aralığından açılıb. Lakin Erdalla  öldürülən əsgərin arasında 12 metrdən çox məsafə olub.Vəkilin bu arqumentini Hakim rədd edir. Vəkilin ikinci arqumenti – yaşının az olmasını isbat edəcək testin keçirilməsi tələbi də təmin olunmur.

Saxlandıqdan 46 gün sonra asılaraq edam olunur. Edama məğrur-məğrur gedirdi. Jaketini geyinərkən kömək etmək istəyirlər, “özüm geyinəcəm”,-deyərək imtina edir.  Sadəcə qolunun qandallanmamasını istəyir. Son arzusu isə siqaret olur.

Erdal Eren. Son fotosu

Erdal Eren. Son fotosu

Edamından 16 saat əvvəl jurnalist Savaş Ay şəklini çəkir və bir gün qəzetdə Erdalın son baxışı Sezen Aksunun nəzərini cəlb edir. Ona ərmağan etdikləri “Son bakış” mahnısının tarixin barədə  Sezen  “.. o qədər məsum, o qədər ölümdən uzaq, o qədər gənc ki! Hekayəsini də oxudum. Amma məni ən çox mütəəssir edən “Son baxış” fotosu idi. Aysel Gürelə göstərdim, birlikdə  bir şey yazdıq. Onnoya verdik, bəstələdi. Mahnıdan çox ağıya oxşadı. Ürəkdən qopub gələn saf, duru, səmimi”, -deyir.

Bir söz bitişi gibi son buldu sevişler

Bir yaz güneşi gibi eritir bu terkedişler

Bir an duruşu gibi ömrün bitişi gibi

Veda ederken aşk ateşi gibi söner iç çekişler

Amman amman yandım amman

Acı yüzler kurşun gibi izler

Son bakıştaki o gözler kaldı aklımızda

Erdal atasına “…məktubunda bu dərdə dözə bilməyəcəyini deyirsən. Mən dözülməz əzablara necə dözülməsinə şahid oldum. O ki qaldı sən, güclü insan. Bir az mənim nəzər nöqtəmdən baxsan, inanıram ki, belə şey olmaz.”, –  yazırdı. Atası onun edamından sonra cəmi üç il yaşaya bildi.

Advertisements
Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: