Skip to content

Azərbaycanda vətəndaşların şikayətlərinə baxılma “qayda”sı

İyul 12, 2010

25 yaşımın tamam olması ilə əlaqədar, 27 may 2010-cu il tarixində şəxsiyyət vəsiqəmin dəyişdirilməsi üçün Xətai RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə müraciət etdim. Öncə mənə şəxsiyyət vəsiqəsinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq- 10 deyil, 30 təqvim günü ərzində verildiyi bildirildi.  Etirazıma baxmayaraq,  müraciətimdən 32 gün sonra yeni vəsiqə ilə təmin olundum (may ayının 27-si mənə verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinin müddəti bitmişdi). Vəsiqənin üzərində verilmə tarixi 09.06.2010 kimi göstərilib.  Lakin Xətai RPİ Q və ŞV şöbəsinin inspektoru tərəfindən mənə yeni şəxsiyyət vəsiqəsinin vətəndaşa 10 deyil, 32 gün ərzində verilməsinin və vəsiqə üzərində başqa tarixin qeyd olunmasının məntiqi, 2 gün ərzində şəxsiyyətimi təsdiq edən sənədsiz qalmağımın hüquqi izahı verilmədi.

Azərbaycan Respublikası Qanununun kobud şəkildə pozulması ilə əlaqədar olaraq, Xətai RPİ Q və ŞV şöbəsi barəsində ciddi tədbir görməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə elektron şikayət etdim. Bu gün mənə cavab gəldi:

Hörmətli Kamal Ələkbərov,

Sizin elektron poçt vasitəsilə Bakı şəhər Baş Polis İdarəsinə daxil olmuş müraciətinizə İdarənin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsində baxılmışdır.

Bildiririk ki, Siz 25 yaşına çatmağınızla əlaqədar 09 iyun 2010-cu il tarixdə Xətai Rayon Polis İdarəsi tərəfindən AZE seriyalı 07905211 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmisiniz.

Hörmətlə,

BPİ Q və ŞVŞ rəisi
Polis polkovnik-leytenantı                                                Samir Xanbabayev

Advertisements
6 Şərh
  1. Bəy, unutmuşam ee hansı sənədləri aparırsan ora? mənə də az qalıb ee gərək vəsiqəni yeniləyim

  2. Şəkil 3*4
    Yaşayış yerindən arayış
    Dövlət rüsumu – ödəniş qəbzi
    Hərbi bilet
    Şəxsiyyət vəsiqəsi

  3. Çox yaxşı haldır ki, e-müraciətinə baxılıb və cavab verilib. Amma burada yazılan sənin şikayətinə cavab deyil, məncə davam etməlisən o vaxtacan ki, hüquqi izahını versinlər.

    Məsləhər görərdim ki, şəxsiyyət vəsiqəsinin məlumatlarını açıq şəkildə yazma.

    • Eyni zamanda DİN-ə də müraciət etmişdim. Hazırda məsələyə DİN BAş Qeydiyyat və Miqrasiya İdarəsində baxılır. Dəvət eləmişdilər, izahat yazdım.

  4. OZbasnaliq,savadsizliq…Hemise.haqqini.teleb.ele.Ugurlar

  5. ulviyyə permalink

    sizin yazılar o qədər boş və məntiqsizdir. oxuyan zamanı insanın ürəyi bulanır. bir insan hər şeydən bu qədər narazı olar mı? məncə sizin yazşı psixoloqa ehtiyacınız var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: