Skip to content

Ernesto Rafael Gevara Linç de la Serna

İyul 9, 2010

Ernesto Rafael Gevara Linç de la Serna

İnsanların ümidini qırmayın. Bəlkə də sahib olduqları yeganə şeydir.

Konfutsi

 

Mən məktəbdə oxuyanda dəbdə olan bir sual var idi: görəsən, Van Damm döyər, yoxsa Şvatsneqer? Nəyə görəsə, məktəbli illüziyasının Van Damm, Hörümçək adam, yeniyetmələrin isə Çe Gevara kimi real qəhrəmanlara ehtiyacı olur.

Ernesto Gevara olduqca cəsarətli, tədbirli və başlanğıcda mərhəmətli insan olub. İnqilab insanları qəddarlaşdırır. Bu mövzuda o, sıradan bir insan idi. Özünün və bütün aşağı zümrələrin məhrumiyyətlərinin səbəbini mübarizə apardığı insanlarda görürdu. Buna görə də bu qədər edama qol qoya bilib. Tədricən o, zadəgan dəyərlərini aradan qaldırıb, özünü  dəyər kimi qoyurdu ortaya. Öz adına əskinas emissiya etdi və artıq “Motosikletçinin gündəliyi”ni yazan sütül Ernesto ilə öz şəklini 2-lik əskinaslarda çap etdirən yoldaş Gevara arasında kifayət qədər böyük fərq özünü göstərdi.

Ernesto Gevaraya ixtilaflı münasibətlər var. Onu 16 yaşlı yeniyetməyə edam hökmü kəsdiyinə görə qınayırlar. Mən inqilabçının bu addımında qeyri-adi bir şey görmürəm.  16 yaşında insan həm fizioloji, həm də psixoloji baxımdan 20 yaşlı insanı üstələyə və ondan daha çox təhlükə törədə bilər. 14 yaşında hökmdar təyin olunanlar var ki, özləri insanlara edam hökmü kəsir. Yaş arqumenti Ernestonun halında ciddi hesab olunmamalıdır, məncə. Məsələ insan həyatı və Sol ideologiyası şəklində qoyulmalıdır. Solşuluğun təməl prinsipi insanların bərabərliyidir. İnqilabçıya da, əksinqilabçıya da eyni imkanlar təqdim edilməli idi.  Döyüş dayandığı andan etibarən verilən qərarlar insanlara təqdim edilən imkanlardır.  Barəsində edam hökmü verilmiş hər vətəndaş başqalarına təqdim olunan imkan – yaşamaq hüququndan məhrum edilirdi.


 

“… o gün atam ilk dəfə idi ki, işə gedirdi. Evdə nəsə çatmırdı. Darıxırdım. Taxtadan atama hədiyyə yondum – bıçaq. Ağlıma gəlmirdi ki, qvardiyada onlar həm bıçaq, həm də odlu silahla təmin olunurlar… Şam süfrəsi hazır idi. Mən də əlimdə hədiyyəm masanın arxasında tək oturmuşdum. Qapının səsini eşitdim. Dəhlizə qaçdım: tanımadığım, zabit formasında  kişi, elə bil, utana-utana anama nəsə izah edirdi. Adətən biz kiməsə borcumuzu verə bilməyəndə belə danışırdıq. Önəm verməyib, masaya qayıtdım. Yenə əvvəlki yerimdə oturmuşdum. Yenə tək. Ayağımı yırğalayırdım. Stulun cırıltısına görə bu dəfə anam mənə acıqlanmırdı həmişəki kimi. Nəsə pis bir şeyin baş verdiyini bilirdim.  Anam səhərə kimi otağından çıxmadı. Gözləyirdim ki, atam gəlsin, onu sakitləşdirəcək. Məni belə yuxu aparmışdı. Səhər bildim ki, atamı inqilabçılar öldürüb”.

Advertisements
5 Şərh
  1. Fərid Öndər permalink

    Əla 🙂

  2. Belə…(

  3. Firuzə permalink

    Ernesto Gevara haqqında heç bir şey bilmirdim, məlumata görə təşəkkürlər.

  4. Gülshen permalink

    İnqilab vaxtı hər iki tərəf barədə qəti fikir bildirmək olur, necə deyərlər insanın niyyəti bəlli olur, amma indı-uzun müddət keçəndən sonra uşagın xatirəsini oxuyanda inqilabçılara nifrət yaranır, inqilabçıların xatirələrini (məs.Erdal) oxuyanda da əks tərəfə nifrət yaranır.

Trackbacks & Pingbacks

  1. Ernesto Rafael Gevara Linç de la Serna | Azblog.org

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: