Skip to content

Silahlı Qüvvələr Günü

İyun 26, 2010

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. 1918-ci ilin bu günündə Milli Şura tərəfindən Silahlı Qüvvələrin yaradılması barədə qərar verilib. 1998-ci ildən biz bu günü bayram kimi qeyd edirik. Lakin hələ də arzusunda olduğumuz orduya sahib deyilik.
Silahlı Qüvvələr parad zamanı Azadlıq meydanından keçən bölüklərdən ibarət deyil. Bura 1993-cü ildən “Stepanakert”də əsir qalan əsgərgər də daxildir. Kitabın o səhifəsini arasına heç nə qoymadan bağlamışıq. İndi o səhifəni tapmaq çətinləşib. Bura bir yanda generalın zibilini atan, digər yanda ilk imkanda zabitini qətlə yetirən əsgərlər də daxildir. Bura meyiti neytral zonada qalan əsgərlər də daxildir. Bunu ümumiyyətlə kitaba yazmamışıq, deyəsən. Bura Qarabağda döyüşməmək üçün özünü Mülki Müdafiə Qoşunlarına gizir kimi atan hərbiçilər də daxildir…

On səkkiz, hətta iyirmi iki yaşında “əsgər gedib, kişilik məktəbi keçəcəm, mənə şərəfli insan kimi baxılacaq” düşünənlər tapılır. Bir yoldaşım Bakıda yerləşən hərbi hissələrin birində xidmət edib. Buraxılış günlərindən birində əsgər yoldaşı ilə avtobusa miniblər. Qarşı oturacaqda cavan bir qadının qucağında, yoldaşımın təbirilə desəm, şirin bir uşaq oturmuşdu. Uşaq anasının çiyninin üstündən arxaya, əsgərlərə baxırmış. Əsgərlər uşağı dindirəndə uşaq əlini onlara uzatmağa başlayıb. Anası məlahətli tərzdə “əl vurma, bit keçəcək sənə”, -deyərək uşağın üzünü çevirib. Ordudan…


Kaş ordunun problemi elə bit olaydı. Silahlı Qüvvələr Günümüz mübarək!

Advertisements
Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: