Skip to content

Azərbaycan dilinin qrammatikası – incə məqamlar

İyun 25, 2010
Ana dili
  • -da, -də

1) -da, -də şəkilçisi ( ismin yerlik hal şəkilçisi) aid olduğu sözə bitişik yazılır.
Məsələn: Evdə üç otaq var.

2) -da, -də ədatı ayrı yazılır.

Məsələn: Gəl də!

3) -da, -də bağlayıcısı aid olduğu sözdən ayrı yazılır.

Sən də, mən də bunu bilirik.

  • -ki

1) -ki bağlayıcısından sonra vergül qoyulur.

Məsələn: Düşünürəm ki, bu ədəbiyyatdır.

2) -ki ədatından sonra vergül qoyulmur.

Məsələn: Bu ki ədəbiyyatdır!

Diqqət! “o ki, qaldı ədəbiyyata” yox, “o ki qaldı ədəbiyyata, … ” olmalıdır.

3) -ki şəkilçisindən sonra vergül qoyulmur.

Məsələn: Dünənki hadisə …

  • -mı, -mi, -mu, -mü

-mı, -mi, -mu, -mü ədatı aid olduğu sözə bitişik yazılır.

Məsələn: Gəldinmi? Gördünmü?

-mı, -mi, -mu, -mü ədatı yalnız  -da, -də ədatından sonra gəldikdə ayrı yazılır.

Məsələn: Sən də mi gəldin?

Advertisements

From → Qrammatika

28 Şərh
  1. Öğretmenim növbəti dərsimiz nə vaxt olacaq?

  2. sadə adların qaydası necedir

    • Sadə adlar? Bu kateqoriya ilə tanış deyiləm. Bəlkə “mürəkkəb adlar”ı nəzərdə tutursunuz?

  3. Torpaq uğrunda ölən varsa Vətəndir

    şerin bu misrasındakı vergüllər haqda həmişə mübahisə edirdik sinif yoldaşlarımla. Mənim versiyam:

    Torpaq, uğrunda ölən varsa, Vətəndir – idi. Yəni, – Uğrunda ölən varsa, torpaq Vətən olur.

    uşaqlar iddia edirdilər ki, Torpaq uğrunda ölən varsa, Vətəndir – mən bu versiyanı belə başa düşürəm, kim torpaq uğrunda ölsə O vətəndir.

    Sizcə bəs?

    • Leyla permalink

      İkivuriki, senin versiyanda torpaqdan sonra vergul qoyulub bu da onu xitaba chevirir. “Torpagh”in xitab olmasinda bir problem yoxdu o halda ki, “Veten” sozu “Vetensen” yazilsin.

      Yeni: “Torpaq, ughrunda olen varsa Vetensen!” Oxshar cumle ile desek: Natiq, ughrunda olen varsa oghulsan!” ves.

      Amma Torpaq ughrunda olen varsa, Vetendir!” Achilishi torpaghin ughrunda olen varsa, Vetendir (Vetene chevrilir)…

      Umumi cumlenin menasi bosh torpaq parchasi ile Fexr edilen Veten sozlerinin ferqinden behs edir…

      Ona gore de, duzgun versiya seni chadirmasin! Yeni burda torpaq ughrunda olen adam veten olmur, hemin adam öıüb torpaghi Veten chevirir!!!

      Umid edirem komek oldu…
      Ureyim achildi lap. 🙂

      • Salam.

        Xeyr, mənim versiyamda “Torpaq” xitab deyil.
        Uğrunda ölən varsa, Torpaq Vətəndir. İndi Torpaq sözünü önə keçirsək, gərək cümlələri bir-birindən ayıraq….

        Amma götürsək ki, torpaq uğrunda ölən (adam) Vətən olur, onda düzdür 🙂 hərçənd ki, hər torpaq uğrunda ölən də vətən olmur :)))

    • Tural permalink

      Torpaq uğrunda ölən varsa,vətənrir Şair burda ,məncə, demək istəyir ki, torpağı vətən edən şəhid qanıdır.Şair torpağa XİTAB etməyib. -SA felin şərt şəklinin şəkilçısındən istıfadə edib .

    • fariz permalink

      mence ele duz yazibsan eee

  4. Aydan permalink

    Mərmər döşəmə birləşməsində mərmər sözü morfoloji cəhətdən nə bildirir?

  5. İkivuriki, Uğrunda ölən varsa, torpaq Vətəndir.

  6. Aydan, məncə, sifətdir. Ümumilikdə isə, 1-ci növ söz birləşməsidir.

  7. Cok sagolun biz im sinifde yarsi olur hemise qizlarla oglanlar komek olacaq sagolun :):)

  8. Seva permalink

    mene mubtade ve fel laizmdi, onun haqda hardan oxuya bilerem

  9. Tural permalink

    Mübtəda 8-ci sinif Azərbaycan dili dərsliyində, fel isı 7-ci sinif Azərbaycan dili dərsliyində

    • Seva permalink

      ish orasidi men Azerbaycanda deyilem gucum ancaq internete chatir,ele bir sayt var men qrammatikamiza basdan ayaqa baxa bilim

  10. Tural permalink

    Mərmər döşəmə, daş hasar bu kimi söz birləşmələrində birinci tərəf isimdir

  11. salam men k-nin y-ya cevrilmesini axtariram bilen var????????????????????????

  12. k hərifindən sonra sait gələrsə k hərifi y hərfinə çevrilir

  13. ilkin sizin neçə yaşınız var.

  14. bu qayda nədir ki. bilmirsiniz

  15. leyla permalink

    duzeltme ve murekkeb sozlere sade sozunnen nece duzelde bilerem?

  16. isiqliga cixasan nedi

  17. Sevda permalink

    zəhmət olmasa, deyərdiniz, ” gedəcəyəm” və ya ” gedəcəm” sözündə hərflərin ixtisara düşməsini Azərbaycan dili qrammatikasının hansı bölməsindən tapa bilərəm.

  18. fariz permalink

    leksika blomesin de

  19. Nurade permalink

    Sade ve duzeltme soz onleri

  20. Meh Nur permalink

    Salam. Kənan müəllim. Sən də mi gəldin? Cümləsində “də” ədat yox bağlayıcıdır.

  21. Salam
    Azərbaycan dilinin qrammatikasında -mi şəkilçisinin sözdən ayrı işlənilə bildiyini göstərən mənbə verə bilərsiniz?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: