Mühtəviyyata keç

Zümrələr

İyun 19, 2010

Şəkildəki qadına baxın. Diqqətlə. Niyə bu geyimdə olan birinə kobudluq eləmək bu qədər asandır? Sanki onu təhqir etsən, pərt olmayacaq.  Sanki vursan incitməyəcək.

…İş yerindən bizə xüsusi uniforma veriblər.

Bu gün maaşımı almışdım. Narıngi aldım, yerdə qalan pulu bütövlətmək istəyirdim. Belə qalsaydı, xərcləyəcəkdim. Yolüstü bir banka girib, zala keçdim. Kassa göz önündə yox idi. Yerini soruşdum. Mənə n cüt göz qəribə baxışlarla baxdı. Sanki oğlan qadın sanuzelinə daxil olmuşdu. Bu gözlər mənə nifrət etmir, bu gözlər mənə gülmür,  … mən  ümumiyyətlə  indi buna ad verə bilmirəm. Onda ayıldım ki, iş geyimindəyəm:  sarı süpürgəçi əbasında.  Bunun fərqində deyildim səhərdən …

Kassa zirzəmi tipli mərtəbədə yerləşirdi.  Pulu bütövlətdim.  Pilləkənlərlə asta-asta qalxırdım. Bir neçə pillə qalxıb dayandım.  Zaldan keçmək gözümə durmuşdu.  Yenə təəccüb, təkəbbür və ad verə bilmədiyim o zad şığıyacaq mənə.  Gözləyirdim ki, kimsə girsin banka və diqqət onunla mənim aramda bölünsün.  Axır ki, bir qadın zala daxil oldu.  Onun kölgəsində bankdan çıxırdım,  ürəkləndim.  Qapının astanasında dayandım, üzümü arxaya çevirib zalda əyləşən  işçilərə baxdım: bu dəfə heç kim mənə fikir vermirdi. Pərtliyimin əvəzini çıxmaq üçün “bayramınız da mübarək!”, -deyərək torbadan 5-6 ədəb narıngi çıxarıb  jurnal masasının üstünə qoydum …

From → Esse

8 Şərh
  1. Yaşanmış hekayədir yoxsa?

  2. Rüfət permalink

    Kamal, Suuuuuuupeeeeeeeeerrrrrr…. Oxuyanda təsirlənməmək olmur…. Bəyəndim,həm də çooooxxxxx….

  3. Firuze permalink

    Kamal hər hadisəni rəngləyib təsirli edə bilir.

  4. Ulker permalink

    Əla, çox xoşuma gəldi.

  5. Çox pis oldum….

  6. təsirli yazıdır

ikivuriki üçün bir cavab yazın Cavabı ləğv et