Skip to content

DTK-nın “Vətən ulduzları”

İyun 15, 2010

11 may 1944-cü ildə Səməd Vurğuna bir qrup gənc fəallar tərəfindən məxfi məktub imzalanır. Gənclər Azərbaycan dili uğrunda aparmaq arzusunda olduqları mübarizəyə rəhbərlik etməyi ona təklif edirdilər. Məktubu İsmixan Rəhimov çap hərfləri və “Dönməzlər” imzasıyla yazır. Xahişə görə Səməd Vurğun razı olduğu təqdirdə, mətbuatda “Vətən ulduzları” adlı şeir dərc etdirməli idi. Lakin şeir dərc olunmur. Səməd Vurğunun münasibəti qaranlıq olaraq qalır. 1948 ci il DTK 5-ci şöbəsini 4-cü bölməsinin rəisi mayor İsmayılovun rəhbərliyi ilə həmin gənclər barəsində cinayət işi açılır. Dörd il öncə Səməd Vurğuna göndərilmiş məktub istintaqın motivi idi. 1948-ci il sentyabrın 26-sı təşəbbüsün  fəalları barəsində hökm oxunur: Vətənə xəyanətdə təqsirli bilinərək:


• Ələsgərov Azər A.
• Vahidov Aydın M.
• Əliyev Kamal Ə.
• Abdullayev Musa M.
• Rzayev Kamil Ə.

10 il müddətinə

• Zeynalov Hacı A.
• Abdullayev Gülhüseyn H.
• Rəhimov İsmixan M.

25 il müddətinə azadlıqdan məhrum edilirlər.

Bu vaxt Səməd Vurğun ya Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı idi, ya da konqresdən qayıtdıb, “Zəncinin arzuları” poemasını üzərində işləyirdi. Bunu dəqiqləşdirmək olar. Lakin məktubu niyə bu qədər vaxt ərzində saxladığını və məktubun DTK tərəfindən necə aşkarlandığını dəqiqləşdirmək çətindir.

İldırım təşkilatı 1942-ci ildə, DTK-nın Azərbaycanda meydan oxuduğu, Səməd Vurğunun isə Azərbaycan Yazıçılar İttifaqına təzəcə sədr seçildiyi, 2-ci dəfə “Stalin mükafatı laureatı” və   “SSRİ Dövlət Mükafatı Laureatı” adlarına layiq görüldüyü vaxtda bizə məlum 8 (bəzi məlumatlara görə 7)  təşəbbüskar  gənc tərəfindən qurulmuşdu.  Bu dövrdə ana vətən və ana dili uğrunda fəaliyyət vacibliyi qədər ifrat təhlükəli və ağır idi.  Dövrü analiz edərkən heç kəsin “həyat eşqi” instinktiv yaşamı deyil, mərdlik, fədakarlıq, kişilik kimi faktorlar öndə nəzəri cəlb edir. Kim bu dövrdən necə çıxdı? Yalnız illər sonrası bu “necəlik” ölü-diri deyil, mərd-namərd faktorlarında təzahür edir.

Əsas təbliğat işlərini aralarında yeganə yazar olan Gülhüseyn Abdullayev aparırdı.  Elə Səməd Vurğuna yazılan məktubun məzmununu da o vermişdi.

1955-ci ildə bəraət alaraq, gənclər azadliğa buraxılırlar. Həmin vaxt  Səməd Vurğun Vyetnam yolunda xəstəlik tapır və 1956-cı ilə qədər sürən xəstəlikdən vəfat edir.

Advertisements
9 Şərh
  1. Irade Aytel permalink

    maraqli fikirlerdi! men vaxtile “Tohfe” qezetinde Sednik Pashayevin imzasi ile bir yazi chap elemishdim orada almaniyada yasjhayan lakin olduyu melum olmayam bir shair DR -Abaycan (adini soyadini gizledib bele yazirdi) barede genish yazi getdi. eslen Qazaxli olan hemin adam da Semed Vurgunun qurbani olmush olume mehkum edilmish lakin turkiyeye oradan da almaniyaya qacha bilmishdir mikayil mushviqle de dost olub eyer lazim gelse bu melumatlar mende var. teessuf ki DrAbaycanin neslini tapa bilmedim ama arashdirilsa ela olar (kitabi mende var)

  2. İradə xanım, çox maraqlı məlumatdır. Təşəkkür edirəm. Kitabda nədən bəhs olunur?

  3. Kamal mənbəni göstərməmisən. Bu məlumatları hansı mənbədən əldə etmisən? Və ya kim təqdim edib? maraqlı olardı bilmək.

  4. Məlumatı Ziya Bünyadovun “Qırmızı terror” kitabından götürmüşdüm. Konkret saya gəlincə, sonradan İsmixan Rəhimovun nəvəsi mənimlə əlaqə saxladı və təşkilat üzvlərinin 7 nəfər olması barədə bildirdi.

  5. Firuze permalink

    Təəssüf ki hər üsyanın sonu ümid olunduğu kimi nəticələnmir.

  6. Rüfət permalink

    Səməd Vurğun, Süleyman Rüstəm —nifrət edirəm bu kişiciklərə….

  7. Fərid Öndər permalink

    Bəy, onsuz da bu insana münasibətimi bilirsən. Təşəkkür edirəm paylaşdığın üçün…

  8. Ismixan Rehimov permalink

    Tesekkurler ))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: