Skip to content

Mən obrazlara vuruluram

İyun 10, 2010

Mən obrazlara vuruluram

Vuruluram şəkillərə,

Yazılarda yaradılan, oynanılan xarakterə

Vuruluram oyadılmış təəssürat təsdiqini tapmayıb da bircə söhbət əsnasında dağılınca

Vuruluram mən dadını bilməyib də qarşılığa susayınca

Vuruluram. Mən üzümə gülümsəyən,

Həyəcandan iti-iti, bərk döyünən ürəklərə vuruluram,

Mən öyünən hər bakirə diləklərə vuruluram/

Axı niyə qarşılığın fərz etməyə,

Axı niyə hislərimi ərz etməyə utandığım insanlara vuruluram?!

 

Vuruluram əsən səsə,

qibtə etdiyim həvəsə

Vuruluram olsa belə lap əbəsə

Hər aldığım, hər verdiyim məətələm mən nəfəsə

Bu da qaçır Ona sarı, gör nə tələsə-tələsə

O məndən nələri alıb!

Toxununca əlim,

qorxub deməyincə dilim

içimdəki sözüm yanıb

Əllərimi yanlarıma yenə salıb

Tükənirəm. Axı niyə qarşılığın fərz etməyə,

Axı niyə hislərimi ərz etməyə utandığım insanlara vuruluram?!

 

 

Tükənincə bir təsəlli

Yapışmışam bu obrazdan iki əlli

Əslində, mən hisslərimin tarixini uydururam

Əslində, mən ilk dəfədir vuruluram. İndi bəlli

Nəyə görə sızıldayır bel sümüyü

mənə düşmən kəsilibdir

qulağımda şərqi küyü

gözlərimin nəm büküyü

Taqətini itiribdir, qapamıram

Yorulunca yuxu məni qarşılamır, yuxulamıram.

Axı niyə qarşılığın fərz etməyə,

Axı niyə hislərimi ərz etməyə utandığım insanlara vuruluram?!

Advertisements

From → Şeir

20 Şərh
  1. menasiz permalink

    cooox xowuma geldi.. dehwet superdir..

  2. Çox sağ olun, bəy!

  3. qeyri-adi hisslər yaradır…

  4. “Axı niyə hislərimi ərz etməyə utandığım insanlara vuruluram?!” – Kamal bu misra mənim ürəyimdən xəbər verir. Mən də bu misraya vuruluram.

  5. Birdə yadımdan çıxdı soruşmaq ki, səs variantını nə vaxt yerləşdirəcəksən?

  6. Kamal yazınızı ilk dəfə oxudum. Ülvi məsləhət gördü. Çox bəyəndik.
    Afərin! Gələcək fəaliyyətinizdə uğurlar sizin olsun.

  7. Firuze permalink

    Sənin incə ruhuna çoxdan bələd idim, başqalarının da bunu görməsi üçün şərait yaratdığına sevindim.

  8. Rza permalink

    Şeiri hem oxudum, həm dinlədim, ikisindəndə ayrı ləzzət aldım. Əla.

  9. Gulshan permalink

    Kamal, çox sevimli şeirdir. Poeziyanı sevən, daim izləyən bir insan kimi səni əmin edə bilərəm ki şeirin möhtəşəmdir.

  10. Xəzəl permalink

    şeir də yazırsanmış?!nə gözəl.bəyəndim!cox gözəl!

  11. Anonim permalink

    Gedib-gelib arada oxuyuram bu sheirinizi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: