Skip to content

Mən eşqimə dil vermişəm

İyun 10, 2010

Mən eşqimə dil vermişəm
Ürəyimdə axmaq bir söz məskunlaşıb
Poza bilməz belə sözü məni aşıb
Nə ən ali bir sərəncam, nə də ki, müqəddəs hədis
Ona qarşı çıxan nəfəs ciyərimə dönə bilməz, ciyər də bu sözə həris

Mən eşqimə dil vermişəm
Üzərimdə axmaq bir söz məskunlaşıb
Elə bil ki, hərcayi söz vücudumla qucaqlaşıb
Qəhərli səs, bədbin bəniz
Elə bil ki, göbəyimiz bir kəsilib, bir hərcayi sözə kəniz.

Mən eşqimə dil vermişəm
Dodağımda axmaq bir söz məskunlaşıb
Öz dilimsə gündən-günə dodaqlarıma yadlaşıb
İslatdıqca çatlar suya doya bilmir
Öz əllərim üzərimdən bədbinliyin qiyafəsin soya bilmir
Toxunduqca qanım gedir, canım gedir
Eşq dilimlə nə qəribə rəftar edir

Advertisements

From → Şeir

11 Şərh
  1. menasiz permalink

    ela werdir.. ureyinize, elernize sagliq..

  2. Təşəkkür edirəm!

  3. Renat permalink

    Kamal….. Söz tapmiram….. Super !!! daha doğrusu Superler Superi desem daha gözəl olar !!!

  4. senden bele bedbin sheir gozlemirdim..sen axi daha realist dusuncedesen..eshqede real baxdaa..eshqi cox boyudub bedbinlesdirme.

  5. Firuzə permalink

    Birincini oxuyanda əla demişdim, bunu oxuyandan sonra çaşdım qaldım, hansı daha çox xoşuma gəldi qərarlaşdıra bilmirəm.

  6. Rüfət permalink

    Kamal, ardını kəsmə…. Səndə super alınır….. Sənə görə sevinirəm…

  7. əla şeirdir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: