Skip to content

1 İyun

İyun 10, 2010

Bir gün davadan çıxan yoldaşım mənə “bilirsən, adamın atası olmayanda özünü aciz hiss edir”, dedi. Başımla təsdiq etdim. Əslində, mən bunu yaşamamışdım. Bəlkə də o vaxta qədər heç belə düşünmürdüm də. Bu gün Uşaqların Ümumdünya Müdafiəsi Günüdür. Özünü aciz hesab edən uşaqların onların atası olmayan şəxslər tərəfindən müdafiəsi.

Metroda bir kimsəsiz uşaq gəlib, əlində yemək torbaları olan, mənimlə üzbəüz oturan qadının qarşısında dayanmışdı. Uşaq qadına baxışları ilə sanki “yalvavırdı” kimi görünürdü. Qadın çantasından pul çıxarıb, uşağa uzatdı. Uşaq götürmədi. Uşağın qərarında bir qətiyyət var idi. Məni memnun edən qətiyyət. Qadın təxmin edirdi ki (mən də həmçinin), uşaq çörəyə baxır. Torbasından çörəyi çıxartdı, bir tikə qoparıb uşağa uzatdı. Uşaq tikəni də götürmədi. Hadisədən elə mütəəssir oldum ki, qeyri-iradi müdaxilə etmək istədim. Qadına yaxınlaşdım, pul təklif etmək istəyirdim ki, çörəyi mənə satsın, bağışlayım uşağa. Qəhərdən danışa bilmirdim. Mən özümü toplayana kimi qadın çörəyi bütöv şəkildə uşağa verdi. Bu dəfə uşaq ona veriləni qəbul elədi. Zira bu dəfə də bizim ona yazığımız gəlirdi, lakin bu dəfə biz onun prinsipləri ilə hesablaşdıq. Bizə tam açıq olmayan prinsipləri ilə.


Kimsəsiz uşaqlar nə vaxta kimi müdafiə olunacaq?! Böyüyüb, mənim yoldaşım boyda olandan sonra artıq onlardan qayğı və diqqət əsirgənməyə başlayır. Uşaqlara olunan yardım, əslində, onlara “sən yazıqsan demək” deməkdir. Belə uşaqların problemini fotolarda, video çarxlarda əsk etdirir, insanların onlara yazığı gəlməsinə nail olmaq istəyirik. Bu aciz və kompleksli yeniyetmə yetişdirir. Əslində, uşaqların ehtiyacı daha çox hörmətədir. Ən kiçik bir uşağın belə artıq öz prinsipləri var. Bizə qeyri-müəyyən olan prinsiplər. Uşaqlar bunlara hörmətlə yanaşılmasını istəyir. Metrodakı qəhrəman kimsəsiz uşaqlar üçün nəzərdə tutulan spesifik qayğıdan kənar böyümüş uşaq idi. Odur ki, yazıqlıq damğasını görməmişdi. Əslində, bədbəxtlər içində ən bədbəxti elə o idi. Buna rəğmən, öz prinsipini müdafiə edə bildi.

Novruz bayramı ərəfəsində yetim bir uşaq anasına məktub yazır.
“Mama, neçə vaxtdır bu fikri başımdan çıxara bilmirəm. Uşaqlar deyir ki, bu gün kim şor qoğal yeyib yatsa, yuxuda istədiyi adam ona su verəcək. Mən də səni ürəyimdə tutmuşam. Stəkanda suyu elə bura qoyuram, məktubun yanına. Nə isə… yatım.”
Tabureti gətirib çarpayısının yanına qoyur. Məktubu və suyu da üstünə. Uşaq susamışdı. Həm də çox. Bu susuzluq ona ümid verirdi. Sanki hər şey bundan asılı idi. Susasa, baş tutacaq. Susamasa, anasını görə bilməyəcək. Söhbətin bütün məzmunu artıq hazır idi. Nədən, kimdən, kimlərdən şikayət edəcək. Amma yuxulaya bilmirdi. Elə bil, kimsə gəzirdi otağında. Başını qaldırıb ətrafına baxır:
– Mama, maa…
Boşdur.
Yenə başını yastığa qoyur, yenə eyni şey. Qulağındakı küy onunla oynayırdı. Qalxıb məktubu götürdü, ardınca
“Mama, əgər mən səni görməsəm, məni öpərsən də…”
Səhər açıldı. Uşaq yuxu görməmişdi. Biz bu yuxunu yaza bilmərik. Amma vaxtı daha əvvəldə – anası onun müqəddəratını belə yazanda saxlaya bilərdik.

Advertisements

From → Esse

46 Şərh
  1. Saan permalink

    Ortasındakı yazını oxumuşdum vaxtilə, axırını da oxudum, kövrəldim lap…Emosiyaları oyadırsa deməli alınıb, yaxşı yazıdır…:) Allah köməyi olsun bütün körpələrin…Heyif ki, acizik biz, qəlbimiz ağrısa da demək olar ki, heçnə edə bilmirik,ya da gücümüz çatmır etməyə, hərəmizin başı özümüzə qarışıb…

  2. Tebrik, Kamal, birce bura qalmishdi virtual zebt etmeye, ona da getdin!!!

  3. Renat permalink

    Super….. Əla…. Kamal,qələminə qüvvət…. Həqiqətən də adamın tükləri biz-biz olur….

  4. Fərid Öndər permalink

    Xeyirli olsun qardaş… Davamını gözləyirik…

  5. maraqlidir. uğurlar!!!

  6. Alekberova Firuze permalink

    Əla yazıdır, çox duyğulandım. Ən bədbəxt insanlar ana nəvazişi, ana sevgisi görməyənlərdir. Allah onlara ana əvəzi olan insanların ürəyini bol şəvqət, mərhəmət, sevgi ilə doldursun ki, bu balaları incitməsinlər, sevsinlər, anasızlığı onlara hiss etditməsinlər. Onsuzda onlar anasızlığa məhkum olunmaqla cəzalandırıblar, bu heç vaxt unudulmayan, ödədikcə bitməyən cəzadır.

  7. Ulkar permalink

    Yazını 2 gün əvvəl oxumuşam, amma o uşagın məktubu heç beynimdən çıxmır. Kaşki hər övlad sahibi ola bilməyən qadın bir kimsəsiz körpəyə analıq edərdi.

  8. bəyəndiyimi demişdim. Kamal yaradcısan sən.

  9. Foto və videolarda yazığı gəlmələri barədə əla yazılıb. Həmişə kimsəsiz uşaqların fotoları qəmgin stildə çəkilir. Bu yaxınlarda Birliyə Doğrunun fotosərgisində kimsəsiz uşaqların şəkilləri vardı. Bir qadın da comment qoymuşdu ki, bunların hamısını niyə belə gülən, xoşbəxt yerdə çəkmisiniz, heç kimsəsiz uşağa oxşamırlar. Sanki fotoqrafda səhv tutar kimi…

    • Mən ümumiyyətlə kimsəsiz uşaqların xüsusi bir kateqoriya kimi fotolarının çəkilməsinə razı deyiləm.

  10. Yazdıqların mənə çox təsir etdi. 1ay öncə həkimlər “ola bilsin atan əməliyyatdan sağ çıxmasın” deyəndə keçirdiyim stressi bir daha keçirtdim. Qələmin daim yazsın Kamal. Afərin!

  11. Oxuyub hiss edəndən sonra, göstərdiyi təsir yalnız kövrək hislərə məlumdur ki, bunu da ifadə etmək olduqca çetindir.

    Düşüncələriniz və yazan əlləriniz həmişə var olsun.

  12. Maraqlıdı. Xüsusilə son əlavə.
    Kamal, deyirsiz ki, uşaqların “kimsəsiz” kimi bir kateqoriyaya ayrılmasına qarşısız. Amma məncə ayrılmalıdır, sadəcə uşaqlar bunu hiss eləməməlidir, yəni onlara kimsəsiz olduqları üçün qayğı göstərildiyi sezdirilməməlidir.

    Uğurlar, Bəy.
    Davamlı olsun.

    • Mən uşaqlarla münasibətlərin qarşılıqlı maraq müstəvisində qurulmasına tərəfdaram. Sözsüz ki, hardasa onlar kimsəsiz kimi nəzərə alınmalıdırlar. Fəqət şəkil çəkərkən, məncə, onlar uşaqdırlar, sıradan bir uşaq.

  13. Anar Dadshov permalink

    he…..cox gozel yazmisan…ellerin yorulmasin…bu kimi seyler menim cox basima gelib…ozumde calisiramki yeni bir seyler fikirlesim onlarin muqedderati haqqinda..bu yazilarda mene stimul verdi..tesekkur edirem..

    • Çox sağ ol, bəy. Xahiş edirəm, Facebook-da bizim “Uşaqlara məktub yazaq” qrupumuzla tanış ol.

  14. Ramiq permalink

    gəşəhdi..təbriklər..))

  15. Dilbər permalink

    İlk cümlələr mənə çox təsir elədi”adamın atası olmayanda özünü aciz hiss edir”,ama bu acizlik tədricən mübarizəyə çevrilir,çünki məlum deyil ki,həyat sənə daha irəlidə nə surprizlər hazırlayır,ona görə də artıq hər bir sınağa hazır olmaq lazımdır,acızlik yox müqavimət göstərmək lazımdr,əgər yaşamaq istəyirsənsə,fərqi yoxdur necə yaşamaq,əgər sənə yaşamaq üçün də həyat verilibsə ondan da istifadə eləmək lazımdır,ən azından səni sevənlərə görə,ən əsas da bir insana görə,”Anama”görə………..Sağ ol,Kamal!

  16. Kamal sizin bu yazınızı da oxudum. Çox fərqli yanaşmadır. Ümumiyyətlə nəinki kimsəsiz uşaqlara eyni zamanda hər kəsə fərdi yanaşmaq lazımdır.

    Baxmayaraq ki, fikrinizi tam çatdırmısınız, yalnız bu cümlədə təkrarçılıq olub.

    “Zira bu dəfə də bizim ona yazığımız gəlirdi, lakin bu dəfə biz onun prinsipləri ilə hesablaşdıq”.

    UGURlar!!!

  17. Saida permalink

    Afərin Kamal, çox təqdirəlayiq yazıdır, ardını həvəslə gözləyirəm.

  18. Rza permalink

    Kamal, o şeirlərindən sonra yazının belə duyqusal, eyni zamanda da kövrək olması məncə hec kimi təəccübləndirmədi. Hər dəfə oxuyanda yeni bir fikirlə rastlaşıram, bu çox xoşuma gəlir.

  19. Gülşən permalink

    Mənim, bəlkə də hər kəsin düşündüyünü sən yaza bildin, həm də ən gözəl şəkildə. Hər bir kəlmə möhtəşəmdir.

  20. Yaxşıdır… Kamal bəy

  21. AYGUN permalink

    EZIZ DOSTUM,SERH EDENLERDEN BIRI DEDIYI KIMI SEN VIRTUAL ALEMI YAZILARIN ILE ATESE TUTURSAN:DDDDD
    SENIN YAZILARINI BEYENIREM,CUNKI BEYNININ,DUYGULARININ,YASADIQLARININ MEHSULUDUR..!SENI COX ISTEYEN BACIN SENI HEMISE DESTEKLEMEYE HAZIRDIR!SENE YARADICILIQDA UGURLAR!ALLAH SENE KOMEK OLSUN!

  22. Ramiz Idrisoglu permalink

    Kamal,eziz dost, son sozlerini chox beyendim…anasi onun muqedderatini bele yazanda saxlaya bilerdik…amma bilirsen dunyanin acimasiz,sert qerarlarini dayandirmaq chetindir…butun bunlar hemishe olub…sadece en qebuledilmezi, bele hallarin sayinin, azalmaq evezine artmasidir…:( men buna teessuf edirem…Bu kimi arzu olunmaz meqamlarin qarshisini almaq uchun ise sadece insanlar yeniden icherilerindeki Ilahi sevgini oyatmalidirlar… eger bu NUR onlarin qelbinde hele de qalibsa…Ugurlar sene…

  23. dəyərli yazıdır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: