Oxuduğum kitablarda qeydlərim: Pərviz “Yad dildə”
“Yad dildə”ni oxudum.
Məndə belə bir hal var və mənə elə gəlir ki, bütük kitab oxucularında belədir: kitabın gedişində müəyyən bir hadisə olur ki, o sənin üçün bir növ kitabın sonu olur. Və istəyirsən ki, kitabı bağlayıb qoyasan bir kənara. Ona görə yox ki, əhəmiyyətini itirir. Sadəcə, müəyyən bir obrazı seçirsən və onun timsalında əsəri yaşamağa çalışırsan (belə bir obraz olmayanda əsəri oxumaq çətindir. Necə ki, mən “Dodaqdan qəlbə”ni zorla bitirmişdim). Qəfil həmin obraz öləndə elə bil ki, kimsə səni atır kitabdan bayıra. Bu dəfə də belə oldu. Beyrəyin ölümü verilən abzası bitirib kitabı bağladım. Niyə Beyrək? Konkret deyə bilmərəm ki, mənim prototipimdir. Sadəcə, bu inqilabda mən ancaq onu yerində ola bilərdim yəqin ki. Və Beyrək olaraq hadisənin içində idim. Read more…
Oxuduğum kitablarda qeydlərim – Viktor Pelevin “Omon Ra”
Viktor Pelevinin “Omon Ra” povestini oxudum. Yazıçının dili gözəl deyil, məncə. Bəlkə də tərcümə edən Günel Mövluda aiddir bu “dilin gözəl olmaması”. Nəticə etibarilə, maraqlıdır. Hesab edirəm ki, konkret kosmonaftika barəsində maraqlanan kontinqent üçün nəzərdə tutulub kitab.
Kitab məndə çox qəribə, mistik (bəlkə də düz səslənmir) bir hiss yaratdı oxuduqca. Bütün kitab boyu hadisələr baş verməzdən əvvəl intuisiyam nəsə deyirdi mənə. Elə tək buna görə Pelevini oxumağa dəyər.
Pantomima’da “Maska” tamaşası. 18+
İldə, on ildə, bəlkə də yüz ildə bir nəfər olur ki, insanları cəmiyyətin fahişələrə olan munasibətinə yenidən baxmağa çağırır. Yazdığı əsərlə, çəkdiyi filmlə, quruluş verdiyi tamaşa ilə. Bəxtiyar Xanızadə də o qəbildən. Rejissor “Maska” tamaşası ilə sübut eləməyə, bəlkə də sadəcə xatırlatmağa çalışır ki, qadının yeganə keyfiyyəti onun isməti deyil. İsmət bəlkə heç ümumiyyətlə qadın üçün keyfiyyət deyil və ya olmamalıdır. İnsanlara onların duyğuları müstəvisində baxmaq lazımdır. Heç olmasa, bəzən. Heç olmasa, bəzən mühakimə etməmək lazımdır. Lazımdır ki, yaratdığımız dəyərlərin çərçivəsində məhv olmayaq. Read more…
Pantomima’da “Məlikməmməd” tamaşası
Azərbaycanda tək-tük insan tapılar ki, “Məlikməmməd”i ya oxumuş, ya da eşitmiş olmasın. Mən də onu nə vaxtsa ya oxumuşam, ya da eşitmişəm – dəqiq xatırlamıram. Xatırladığım odur ki, nağılın adını həmişə ironik mənada işlədirdim. Sonda elə oldu ki, nağılın ironik quruluşda tamaşasını sevdim. Bu məşhur əhvalatı Bəxtiyar Xanızadə Pantomim profilində deyil, ənənəvi-səsli formada səhnələşdirmişdi. Lakin əsər öz ənənəvi formasında deyildi. Read more…
Pantomima teatrı. “Kesa və Morito”
Bu gün Pantomima’da “Kesa və Morito” tamaşasını izlədim.
Tamaşa monoloqlar şəklində qurulmuşdu. Ümumiyyətlə, tamaşaçıların böyük bir qismi monoloqları sevmir. Və məncə, Pantomima’nın xüsusi tamaşaçı kontinqenti də istisna deyil. Təhkiyə formasında verilməyən bütün əsərərin ən ağır yükü məhz monoloqlarla ötürülür. İndi təsəvvür edin: 2 səhnə, 2–si də monoloq.
Endo Morito obrazını – Ceyhun Dadaşov canlandırdı. Pantomima truppasında samuray obrazı üçün vizual tərəfdən ən münasib seçim, məncə də, Ceyhun bəydir. Read more…
Oxudum.
Nur Persona Non Grata imzasını bir forumdan tanıyıram. Orada bəzi yazıları diqqətimi çəkmişdi. Nəsə doğmalıq var idi – sanki mən yazmışam. Kitabda da eyni şeyi gözləyirdim, amma olmadı. Bir neçə fikirlərini sevdim:
…hətta intihar edən insan belə ümid edərək buna əl atır.
Sənə ən yaxın insan haqqında başqa birisindən öyrəndiyin xəbər sənə həmişə xəyanət təsiri bağışlayır.
Bəzi canilər öz qurbanlarından fərqli olaraq xoşbəxt ölürlər.
Elxan Qaraqanın “A” romanını xatırlatdı mənə. Eyni hal: müəllifin ağlına maraqlı fikir gəlir, lakin onu ifadə etmək üçün ədəbiyyat bəlkə də ən uğursuz vasitə olur. Çox gözəl haldır ki, insan öz fikrini 200-300 səhifəyə yaza bilir. Lakin bədii təsvir yoxdursa, …
20 ildən sonra Pantomima xatirəsi
Pantomima Teatrının yaxınlığında bir parfüm dükanı var. Dükanın qarşısında həmişə bir qız dayanır və bu yolla gedib-gələnlərə kağız paylayır: lent şəklində kəsilmiş nazik, ətirə batırılmış kağız. Bu, reklamdır – bəlkə kimsə bu kağızı iyləyə, ətiri bəyənə və qayıdıb dükandan həmin ətirdən ala. Mən də həmişə Azadlıq prospekti ilə üzüyuxarı Pantomima teatrına gedərkən bu dükanın qarşısından keçirəm. Hər dəfə həmin qz mənim də qarşıma çıxır və həmin ətirli kağızlardan birini mənə uzadır. Mən də maraq xatirinə deyil, məhz nəzakət xatirinə kağızı alıram, iyləyə-iyləyə gedirəm.
70-80-ci illərdə “Azərbaycan” kinoteatrının yanında sardilka satılırmış. Mənə və yaşıdlarıma bu sardilkadan dadmaq qismət olmadı, amma deyilənə görə, əla tamı var imiş. Kinoya baxmağa gələnlər mütləq bu sardilkadan da alıb yeyirmiş. İnsanların yaddaşında kinoteatrla sardilka arasında qəribə bir əlaqə yaranıb. “Azərbaycan” kinoteatrından söz düşəndə sardilka, sardilkadan söz düşədə “Azərbaycan” kinoteatrını xatırlayırlar. Read more…